Fundraising 2011/Alan Letter/az

From Meta, a Wikimedia project coordination wiki
Jump to: navigation, search
Translation instructions
  • For pages marked "Missing" or "In progress", click the page title and start translating. When you are done, click "edit status" and change the status to proofreading.
  • For pages marked "Needs updating", compare the page to the source page and update the translation accordingly. When you are done, click "edit status" and change the status to proofreading.
  • It is important to have someone else proofread the translated page! If you have proofread a page and it is ready for publication, click "edit status" and change that page's status to ready.
  • If you are changing something that has already been published, change its status back to ready for it to be published again.

If you have any questions or feedback regarding the translation process, please post them here. Translation FAQ

Mən Vikipediyada 2 463 məqalə yaratmışam. Onların hamısı pulsuzdur.

Mən çox böyük maliyyə kompyuter sistemləri ilə işləyən sistem məsləhətçisiyəm. Əgər Vikipediyada keçirdiyim dövrü pula çevirmək mümkün olsaydı, bu mənə yüz minlərlə dollar gətirərdi.

Amma burda pul stimul deyil. Vikipediyada siz başqa valyuta ilə işləyirsiniz. Bu, mənim və ya başqa istifadəçilərin məmnuniyyətlə paylaşdıqları və sevərək yaratdıqları — informasiyadır. Biz hamımız bilirik ki, bu informasiya sərbəst dolaşdığı üçün ona olan ehtiyacı daha yaxşı ödəyir.

Təbii ki, pulsuz informasiyanın infrastruktur dəstəyi pulsuz deyil, buna görə də biz ildə bir dəfə ianə toplayırıq. Vikipediyada reklam yoxdur, yanıb-sönən heç nə, səhifənin küncündə heç nə yoxdur, biz sizə nəsə satmağa çalışmırıq. Vikipediya ticarət sövdələşmələrindən azaddır.

Biz sadəcə 5 dollara, 10 avroya, 1000 yenaya və ya sizin ödəyə biləcəyiniz digər məbləğlərə ehtiyac duyuruq ki, informasiya sizə gəlib çata bilsin.

Bizim fəaliyyətimizi dəstəkləyən və qeyri-kommersiya təşkilatı olan "Vikimedia Fondu" (Wikimedia Foundation) tərəfindən idarə olunan infrastruktur mümkün olduğu qədər minimaldır. "Google" milyona yaxın serverə, "Yahoo" 13000 işçiyə sahibdir. Bizim 679 serverimiz və 95 işçimiz var.

Vikipediya internetdəki 5-ci ən çox ziyarət olunan saytdır və hər ay milyardlarla səhifəni oxuyan 470 milyon müxtəlif insana xidmət edir.

Vikimedia Fondu kiçik bir ianənin çox uzun yol qət etdiyi bir yerdir.

İqtisadiyyat elə qurulub ki, insanlar yalnız pul üçün işləyirlər. İnsanlara pul ödəmədən onları necə işə gəlməyə məcbur etmək olar?

Vikipediyada əməkdaşlıq etmək və bilikləri artırmaq istəyi qiymətsiz bir mənbənin yaradılması üçün sərf olunmuşdur. Mədəniyyət hərracda satılmır. Siz tərəfsiz və dəqiq məlumat əldə edirsiniz. Səliqəli təşkil olunmuş, yaxşı sənədləşdirilmiş, mənbələrə istinadlarla təmin edilmiş, müasir, istədiyiniz an əlinizin altında olan məlumat.

Məncə bu çox böyük sövdələşmədir.

Diqqətinizə görə sağ olun,

Alan Son,
Vikipediya müəllifi