Azerbaijani Wikimedians User Group/İdarə Heyəti haqqında qaydalar

From Meta, a Wikimedia project coordination wiki
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun

İdarə Heyəti haqqında

qaydalar

1. İdarə Heyətinin məqsəd və vəzifələri[edit]

1.1. "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun İdarə Heyətinin (bundan sonra "İdarə Heyəti") əsas məqsəd və vəzifələri "Azərbaycan vikimediaçıları istifadəçi qrupu"nun idarə olunması, istifadəçi qrupunun təşkilatçılığı ilə müxtəlif onlayn və ya oflayn layihələrin icra olunması.

2. İdarə Heyəti üzvlüyünə namizədlik tələbləri[edit]

2.1. İdarə Heyəti üzvlüyünə namizədlik yalnız bu barədə elan verildiyi müddətdə mümkündür.

2.2. İdarə Heyətinə namizədliklər barədə elanın verilmə tarixindən əvvəl Vikipediyada qeydiyyatdan keçmiş və Azərbaycanca Vikipediyada redaktəsi olan hər bir istifadəçi namizəd ola bilər.

2.3. Azərbaycan Respublikasında daimi yaşayan, yaşı 18-dən yuxarı olan, İdarə Heyətinin iclaslarında müntəzəm iştirak etmək imkanına malik olan Azərbaycan Respublikasının vətəndaşları İdarə Heyəti üzvlüyünə namizəd ola bilərlər.

2.4. Son 365 gün ərzində hər hansı Vikimediya layihəsində bloku olan və ya aktivliyinə hər hansı qadağa qoyulan istifadəçilər namizəd ola bilməzlər. Bloku olub namizəd olmaq istəyən istifadəçilər Seçki Komissiyasına müraciət edə bilərlər.

2.5. Namizəd ən azı 365 gün ərzində hər hansı bir Viki layihədən qeydiyyatdan keçmiş olmalıdır və Azərbaycanca Vikipediyada minimum 10500 redaktəyə sahib olmalıdır.

2.6. Namizədlərin uyğunluq tələblərinə uyğun olub-olmaması barədə qərar vermək üçün yekun səlahiyyət Seçki Komissiyasına məxsusdur.

3. İdarə Heyəti və seçim qaydaları[edit]

3.1. İdarə Heyəti 1 nəfər sədr və 4 nəfər üzv olmaqla 5 nəfərdən ibarətdir;

3.2. "Azərbaycan vikimediaçıları istifadəçi qrupu"nun əlaqələndirici şəxsləri özləri imtina etmədikləri təqdirdə birbaşa İdarə Heyətinin üzvü hesab olunurlar;

3.3. İdarə Heyətinin üzvləri "Azərbaycan vikimediaçıları istifadəçi qrupu"nun əlaqələndirici şəxsləri tərəfindən, İdarə Heyətinin sədri isə İdarə Heyətinin üzvləri tərəfindən seçilir.

3.4. Hər iki ildən bir İdarə Heyəti sədrliyi üçün yeni səsvermə keçirilir.

3.5. Səsvermənin tarixi İdarə Heyətinin iclasında müəyyən edilir.

3.6. İdarə Heyəti seçkilərin tarixinin, onun vaxt qrafikinin başlamasına ən azı bir ay qalmış müəyyən edir və elan edir.

3.7. Seçki prosesi aşağıdakı qrafikə uyğun aparılır:

3.7.1. Seçki Komissiyası tərəfindən seçki prosesinin açıq elan edilməsi;
3.7.2. Namizədlik müddəti - Namizədlər bu müddət ərzində qəbul edilir;
3.7.3. Namizədlərin yoxlanılması müddəti;
3.7.4. Sual və cavab dövrü - Namizədlər bu müddət ərzində ictimaiyyətin suallarını cavablandırır;
3.7.5. Səsvermə müddəti - Bu müddət ərzində seçkidə iştirak hüququ olan şəxslər namizədlərə səs verir;

4. İdarə Heyəti üzvlüyünə aşağıdakı hallarda xitam verilir[edit]

4.1. Könüllü olaraq üzvlükdən çıxdıqda;

4.2. Üzvlükdən xaric edildikdə.

5. İdarə Heyətinin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir[edit]

5.1. İstifadəçi qrupunun və ya İdarə Heyətinin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;

5.2. Mütəmadi olaraq İdarə Heyətinin işində iştirak etməkdən boyun qaçırdıqda;

5.3. Azərbaycan Respublikasında daimi yaşaması mümkün olmadıqda;

5.4. Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda;

5.6. İstifadəçi qrupunun məqsədlərinə zidd hərəkət etdikdə.