İanə kampaniyası 2012/Köçürmə/Əsas səhifə və bannerlərdəki elanlar

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Fundraising 2012/Translation/Landing Page and Banner messages and the translation is 100% complete.
Banners round one
  1. Lütfən, yardım edin
  2. İndi oxuyun
  3. Lütfən, oxuyun:
    Şəxsi müraciət:
    Vikipediyanın qurucusu Cimmi Uelsdən
  4. Vikipediya gəlir götürmək məqsədi güdmür, lakin o, hər ay 450 milyon insana xidmət edən dünyanın 5-ci böyük saytıdır. Biz öz müstəqilliyimizi qoruya bilmək üçün heç vaxt reklam yerləşdirməyəcəyik.
    "Google" və "Yahoo" minlərlə serverə və işçiyə sahibdirlər. Bizim isə 800-ə yaxın serverimiz və 150 işçimiz var.
    Əgər bu müraciəti oxuyan hər kəs 5 dollar ianə versəydi, onda biz ildə cəmi bir gün ianə toplamaqla kifayətlənə bilərdik. Lütfən, Vikipediyanın müstəqil qalması üçün ianə verin.
  5. Vikipediya gəlir götürmək məqsədi güdmür, lakin o, hər ay 450 milyon insana xidmət edən dünyanın 5-ci böyük saytıdır. Bizim öz müstəqilliyimizi saxlaya bilmək üçün heç vaxt reklam yerləşdirməyəcəyik.
    "Google" bir milyona yaxın serverə, "Yahoo" 12 min işçiyə sahibdir. Bizim isə 800-ə yaxın serverimiz və 150 işçimiz var.
    Əgər bu müraciəti oxuyan hər kəs 5 dollar ianə versəydi, onda biz ildə cəmi bir gün ianə toplamaqla kifayətlənə bilərdik. Lütfən, Vikipediyanın müstəqil qalması üçün ianə verin.
Banners and LP's Round 2
  1. Vikipediya istifadəçisinin şəxsi müraciəti
  2. Vikipediya istifadəçisinin şəxsi müraciəti
  3. orta ianə məbləği
  4. Vikipediya gəlir götürmək məqsədi güdmür, lakin o, dünyanın 5-ci böyük saytıdır. Hər ay 450 milyon insana xidmət etməklə yanaşı, bizim də digər böyük saytlar kimi müxtəlif xərclərimiz var: serverlər, elektrik enerjisi, icarə haqqı, proqramlar, işçilər və hüquqi yardım.
    Biz öz müstəqilliyimizi qoruya bilmək üçün heç vaxt reklam yerləşdirməyəcəyik. Biz dövlət vəsaitlərini qəbul etmirik. Biz ianələr sayəsində fəaliyyət göstəririk — ən çox verilən ianə məbləği 5 dollar, orta ianə məbləği 30 dollardır.
    Əgər bu müraciəti oxuyan hər kəs 5 dollar ianə versəydi, onda biz cəmi bir saata ianə toplama kampaniyasını başa çatdırardıq. Lütfən, bizə ianə toplamağı unudub Vikipediyadakı işlərimizə dönməyə yardım edin.
  5. Əgər bu müraciəti oxuyan hər kəs bir sendviçin qiyməti qədər ianə versəydi, onda biz cəmi bir saata ianə toplama kampaniyasını başa çatdırardıq. Lütfən, bizə ianə toplamağı unudub Vikipediyadakı işlərimizə dönməyə yardım edin.
Privacy policy notice
  1. İanə verməklə siz öz məlumatlarınızı Vikipediya və digər layihələri həyata keçirən Vikimedia Fondu, həmçinin bizim ianəçilərlə bağlı konfidensiallıq siyasətimizə riayət edən ABŞ-dakı və digər yerlərdəki xidmət-provayderləri ilə paylaşırsınız.
  2. Biz sizin məlumatlarınızı heç kimə vermir və ya satmırıq. Daha geniş məlumat almaq üçün, lütfən, bizim ianəçilərlə bağlı siyasətimiz haqda bu linkdən oxuyun: <http://wikimediafoundation.org/wiki/Donor_policy/en>.
Where your donation goes box text
  1. İanələriniz hara gedir:
  2. Texnologiya: serverlər, genişxətli əlaqə, texniki xidmət, saytın inkişafı. Vikipediya dünyanın 5-ci böyük saytıdır, lakin onun xərcləri digər böyük saytların xərclərinin çox kiçik bir qisminə bərabərdir.
  3. İşçilər: digər 10 populyar saytın minlərlə əməkdaşı var. Bizim işçilərimiz isə cəmi 150 nəfərdir ki, bu da sizin ianənizi yüksək effektivliyə malik qeyri-kommersiya təşkilatına əla yatırıma çevirir.