Vahid istifadəçi hesabı yaradılmasının son mərhələsi haqqında elan

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Single User Login finalisation announcement and the translation is 100% complete.

İstifadəçilərin fəaliyyətinin təkmilləşdirilməsi və onlara yeni alətlərdən istifadə etmək imkanları verilməsi (məsələn, layihələrarası bildirişlər) istiqamətində aparılan işlər çərçivəsində Vikimedia tərtibatçıları komandası istifadəçi hesablarının işində dəyişikliklər etmişdir. Bu dəyişikliklər nəticəsində istifadəçilərin bütün layihələrdə eyni istifadəçi hesabı olacaq. Bu bizə şərait yaradacaq ki, istifadəçilərə yeni imkanlar verək, redaktə etməni və müzakirələrin aparılmasını təkmilləşdirək, həmçinin alətlərdən istifadəni daha da asanlaşdıraq. Bu dəyişikliklərin edilməsi üçün ilkin şərtlərdən biri, bütün istifadəçi hesablarının 900 viki-layihənin hamısında unikal olmasının təmin edilməsidir.

Təəssüf ki, bəzi istifadəçi adları bütün vikilərdə eyni deyil və başqa vikilərdə fərqli istifadəçilərə məxsus olan eyni istifadəçi adları var. Bütün bu istifadəçilərin gələcəkdə də Vikimedia layihələrində iştirakını təmin edə bilmək üçün, biz istifadəçi adlarının sonuna tilda işarəsi (~) və istifadəçinin aid olduğu vikinin adını əlavə edərək dəyişdirəcəyik. Bu dəyişiklik 2015-ci ilin aprel ayında həyata keçiriləcəkdir. Məsələn, Azərbaycan dilindəki Vikilüğətdə adı dəyişdirilməli olan "Nümunə" adlı istifadəçinin adı "Nümunə~azwiktionary" olacaq.

Bütün istifadəçi hesabları əvvəlki kimi fəaliyyət göstərəcəklər və redaktə tarixçəsi saxlanılacaq. Lakin, istifadəçi adında dəyişiklik edilən istifadəçilər (onlarla biz şəxsən əlaqə saxlayacağıq) sistemə növbəti dəfə daxil olarkən öz yeni istifadəçi hesablarından istifadə etməli olacaqlar.

Bundan sonra istifadəçi adlarının yalnız qlobal şəkildə dəyişdirilməsi mümkün olacaq; istifadəçi adlarının lokal dəyişdirilməsi aləti ləğv ediləcək, çünki bütün istifadəçi hesabları qlobal və unikal olmalıdır və buna görə də bu alət bürokratların alətlər siyahısından çıxarılacaq. Bu baş verdikdən sonra, istifadəçilər Meta-vikidəki Steward requests/Username changes səhifəsində öz adlarının dəyişdirilməsini xahiş edə bilərlər.

Həmçinin bax