Jump to content

Talk:AZWUG/İstifadəçi qrupunun qaydaları

Add topic
From Meta, a Wikimedia project coordination wiki

"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun qaydalarının rəsmiləşdirilməsi ilə bağlı səsvermə

[edit]
The following discussion is closed.

Səsvermə Ümumdünya vaxtı ilə 9 iyul (00:00) - 16 iyul (00:00) 2025-ci il tarixləri arasında keçirilir.

+ Lehinə/Support

[edit]
  1. --Turkmen talk 02:42, 9 July 2025 (UTC)Reply
  2. --Araz Yaquboglu (talk) 05:19, 9 July 2025 (UTC)Reply
  3. --► Sincerely: SolaVirum 05:25, 9 July 2025 (UTC)Reply
  4. --Qraf (talk) 05:33, 9 July 2025 (UTC)Reply
  5. Toghrul R (talk) 06:34, 9 July 2025 (UTC)Reply
  6. --En Merker (talk) 07:09, 9 July 2025 (UTC)Reply
  7. --Crepusculum (talk) 07:30, 9 July 2025 (UTC)Reply
  8. Nemoralis (talk) 08:38, 9 July 2025 (UTC)Reply
  9. Sincerely, Gadir (talk) 09:26, 9 July 2025 (UTC)Reply
  10. --White Demツntalk 10:55, 9 July 2025 (UTC)Reply
  11. -- Patriot Kor (talk) 11:00, 9 July 2025 (UTC)Reply
  12. --Əhməd Qurbanov (talk) 11:59, 9 July 2025 (UTC)Reply
  13. --— Osama Eid (talk) 13:28, 9 July 2025 (UTC)Reply
  14. Atakhanli (talk) 14:38, 10 July 2025 (UTC)Reply
  15. əkrəm. 11:30, 11 July 2025 (UTC)Reply
  16. Samral (talk) 17:01, 12 July 2025 (UTC)Reply
    —— Sincerely: ReiKaze (talk) 11:30, 13 July 2025 (UTC) (İstifadəçi AZVİQ üzvü deyil/User isn't member of the AZWUG)Reply
    --Sura Shukurlu (talk) 18:12, 13 July 2025 (UTC) (İstifadəçi AZVİQ üzvü deyil/User isn't member of the AZWUG)Reply
  17. Lucivarius (talk) 07:16, 14 July 2025 (UTC)Reply
  18. --Səsverməyə çıxarılan qaydalarda bəzi əlavə və düzəlişlərə ehtiyac var. Amma indi proqnozlaşdırıla bilməyən çatışmazlıqlar da ola bilər və qaydalar qəbul edildikdən sonra onları praktikada görüb birdəfəlik düzəlişlər etmək üçün yeni səsvermə keçirmək mümkündür.--Wertuose (talk) 11:24, 14 July 2025 (UTC)Reply
  19. Rüfət Həsənli (talk) 14:48, 14 July 2025 (UTC)Reply
  20. Eminn (talk) 15:17, 14 July 2025 (UTC)Reply
  21. NurAy (talk) 06:26, 15 July 2025 (UTC)Reply

− Əleyhinə/Oppose

[edit]
  1. --Мурад 97 (talk) 10:35, 9 July 2025 (UTC)Reply
  2. Azərbaycanın vikipediyası deyil azərbaycandilli vikipediyadır deyənlərin əksəriyyəti bu qayda ilə razılaşıb, anlaya bilmədim. Fikrimcə heç bir icmada belə şərt yoxdur. Qaydalar yenilənib müzakirə olunmalıdır ilk öncə. --eldarado (talk | contributions | meta page) 19:19, 10 July 2025 (UTC)Reply
    İstifadəçi qrupunun adı "Azərbaycan vikimediaçıları istifadəçi qrupu"dur. Vikipediya azərbaycandilli vikipediyadır. White Demツntalk 19:51, 10 July 2025 (UTC)Reply

= Bitərəf/Neutral

[edit]

Şərh/Comment

[edit]

Turkmen, bloklanmış üzvün səsi nəzərə alınmalıdır? Sincerely, Gadir (talk) 09:29, 9 July 2025 (UTC)Reply

Hal-hazırda qaydalar rəsmiləşmədiyi üçün bütün hallarda üzvlərin səsləri nəzərə alınır. Rəsmiləşdikdən sonra üzvlük buradakı qaydalarla tənzimlənəcək. Turkmen talk 09:46, 9 July 2025 (UTC)Reply

Şərtlərin 2-i anonimliyə qarşı olduğuna görə (yaşı 16-dan az olmamalıdır; oflayn tədbirlərin ən az birində iştirak etməlidir), lehinə səs vermək istəmirəm. Bundan əlavə, özüm bircə dəfə Vikipediya ilə bağlı bir tədbirdə iştrak etmişəm (dəqiq xatırlamıram, 2012-2014 illərin arasında olmuşdu). Bunun tək sübutu isə evimdə harda sa o vaxtan qalan beycimdir. --Мурад 97 (talk) 09:47, 9 July 2025 (UTC)Reply

Açığı, bu barədə mən də düşünmüşəm. Amma istifadəçi qrupu onsuz da əsasən oflayn fəaliyyət üzərində təşkil olunur və istər-istəməz digər üzvlərlə/vikimediaçılarla bir araya gəlməli olursan. Sincerely, Gadir (talk) 10:10, 9 July 2025 (UTC)Reply
İdarə heyətinə namizədlik şərtləri arasında Azərbaycan Respublikasının vətəndaşı olmaq kimi bir şərt var. Maraqlıdır ki, digər dil bölmələrinə aid idarə heyətlərin namizədlik səhifəsində də oxşar tələb varmı ? Gələcəkdə Gürcüstanda yaşayan bir azərbaycanlı və ya Rusiyada doğulmuş bir şəxs idarə heyətinə öz namizədliyini təqdim edə bilməyəcək ? Şəxsin hansı ölkə vətəndaşı olduğu necə müəyyənləşdiriləcək ? Namizəddən xarici passportunun ön səhifəsimi tələb olunacaq ya necə. Maraqlıdır sadəcə. Hörmətlə:--Crepusculum (talk) 10:21, 9 July 2025 (UTC)Reply
Açığı, birinci hissəni oxuyandan sonra, buna fikir verməmişəm. Qarşı səs verirəm. --Мурад 97 (talk) 10:34, 9 July 2025 (UTC)Reply
Azərbaycanda olmaq bəs edə bilər məncə. Yəqin hüquqi məsələlərə görə falan əlavə olunub. Sincerely, Gadir (talk) 10:49, 9 July 2025 (UTC)Reply
@Мурад 97, istifadəçi qrupunun əsas məqsədi oflayn tədbirlərlə bağlıdır. Üstəlik idarə heyətini də istifadəçi qrupunun üzvləri seçəcək. Mən məsələn 10 ildir ki, vikipediyada fəaliyyət göstərirəm, sizi heç bir tədbirdə və ya görüşdə bir dəfə də olsun görməmişəm. Mənim digər aktiv istifadəçilərlə də yaxından əlaqələrim var, yadıma gəlmir ki, kimsə sizin adınızı çəksin ki, filan tədbirdə olmusuz. 2012-2014-cü illərdəki tədbir hansı tədbir idi, maraqlı gəldi sadəcə, kimlər iştirak edirdi? White Demツntalk 11:09, 9 July 2025 (UTC)Reply
Mən də olmamışam, onda indi mən gərək üzv olmaq üçün bir tədbirə gəlim?)) Lokal tədbir olmalıdır? OK-lardan başqa tədbir olur? Sincerely, Gadir (talk) 11:10, 9 July 2025 (UTC)Reply
White Demon söhbət özümdən getmir, sadəcə nümunə kimi qeyd etmişəm. Tədbirin adı da yadımda deyil. Ancaq yadımdadır ki, Neftçilər prospektində bir hoteldə olmuşdu və, İradə xanım ilə salamlaşmışdıq orda, vəssalam. --Мурад 97 (talk) 11:48, 9 July 2025 (UTC)Reply
Həmin tədbirdə mən də iştirak etmişəm. İradə xanımın sizi təqdim etməsi və ya sizdən danışması dəqiq yadıma gəlir. Crepusculum (talk) 11:57, 9 July 2025 (UTC)Reply
Məni orda təqdim edən olmayıb. Sadəcə yadımdadır ki, 1-2 dəqiqə danışmışıq. --Мурад 97 (talk) 09:54, 10 July 2025 (UTC)Reply
Səsvermə ilə əlaqəsi olmayan müzakirə

  • Turkmen, mənə maraqlı olan bir məqamı sizdən soruşmaq istəyirəm. Hazırda bizim VRT-yə (yəni e-poçtlarımıza) kimlər baxır? Bildiyim qədərilə hazırda Nemoralis və sizdə VRT agenti hüququ var sadəcə. Məsələn, Wertuose, Eldarado və Sortilegus kimi istifadəçilərin də azvikinin e-poçtuna girişi var deyə bilirəm. Ümumiyyətlə, idarə heyətinin bu e-poçtla əlaqəsi olmalıdırmı? Yoxsa könüllü istifadaçilərdən müraciət edib VRT-yə alınanlarmı baxmalıdır ora? Bu halda bu hüququ olmayan qeyd etdiyim istifadəçilərin ora çıxışı məhdudlaşdırılmalı deyilmi? Belə başa düşürəm ki, idarə heyətində olduqları üçün girişləri olub. Seçilən yeni heyət VRT hüququ alaraq ya da almadan birbaşa həmin e-poçtlara çıxış əldə edəcəkmi/etməlidirmi? Sincerely, Gadir (talk) 13:25, 9 July 2025 (UTC)Reply
    VRT tamam başqa mövzudur. Onun İstifadəçi qrupu ilə əlaqəsi yoxdur. Turkmen talk 13:33, 9 July 2025 (UTC)Reply
    VRT onlayn müraciətlərə baxır. Sadəcə bizdə azvikinin e-poçtuna qeyd etdiyim istifadəçilər baxıb indiyə kimi, "key people" kimi gələn müraciətlərə. O zaman həmin istifadəçilərin e-poçta çıxış hüququ məhdudlaşdırılacaq və sadəcə VRT üzvü olanlar daxil ola biləcək, doğrudur? Sincerely, Gadir (talk) 13:34, 9 July 2025 (UTC)Reply
    Xeyir, siz qarışdırırsınız. VRT başqadır, İstifadəçi qrupunun emaili başqadır. Turkmen talk 13:36, 9 July 2025 (UTC)Reply
    info@wikimedia.az-a gələn e-maillərə sayt üzərindən VRT agentləri baxmalı deyil və həmin istifadəçilərin bu mailə çıxışları yoxdur? "Bizimlə əlaqə" bölməsində bu e-poçt qeyd olunub. Həmçinin istifadəçilərin e-poçtları da bu domendədir. VRT-nin e-maili hansıdır onda? Sincerely, Gadir (talk) 13:41, 9 July 2025 (UTC)Reply
    Müəllim, istifadəçi qrupunun e-maili istifadəçi qrupu ilə bağlı mövzular üçündür. VRT isə tamam başqa mövzudur. O vikidaxili suallar üçündür. İstifadəçi qrupunun e-mailinə qrupun özü baxır, VRT-nin email-nə agentlər. İkisi də başqa mövzulu və başqa təyinatlı email-lərdir. Turkmen talk 13:56, 9 July 2025 (UTC)Reply
    Mən bu dediyinizi bilirəm, sadəcə deyirəm ki, VRT-nin baxacağı e-poçta indiyə kimi bunlar da baxıb. Qarışıqlıq burdan yaranır, bizim VRT üzrə e-mailimiz hansıdır, istifadəçilər necə əlaqə qurur sizinlə? Bununla qurmurlar? Sincerely, Gadir (talk) 14:00, 9 July 2025 (UTC)Reply
    Siz şərh yazıb, sonra əlavələr etdiyiniz üçün fikrimi tam izah edə bilmirəm. Xeyir, VRT ilə Vikipediyadakı "VP:Bizimlə əlaqə" səhifəsindəki email vasitəsilə əlaqə saxlanılır. İstifadəçi qrupunun əlaqələndirici heyəti ilə isə istifadəçi qrupunun səhifəsindəki email ilə əlaqə saxlanılır. Qeyd etdiyim kimi, təyinat və texniki baxımdan bir-birindən ayrı mövzulardır və bir-birinə giriş imkanı olmayan ayrı email adresləridir. VRT vikidaxili suallar üçündür, istifadəçi qruplarının email adresləri isə sırf qruplarla bağlı suallar üçündür. Turkmen talk 14:06, 9 July 2025 (UTC)Reply
    ┌─────────────────────────────────┘
    Dəqiqləşdirdiyiniz üçün minnətdaram, e-poçtlar çox oxşardır. "Bizimlə əlaqə" səhifəsindəki e-poçtlar sadəcə bizim layihələr üçündür ya ümumidir? VRT səhifəsində "info-az" üçün ayrıca ünvan yoxdur. Sincerely, Gadir (talk) 14:24, 9 July 2025 (UTC)Reply
    @Gadir, dəyməz. Bəli, info-az kifayət qədər agent olmadığı üçün hazırda bağlıdır və ümumi email üzərindən gəlir mesajlar. Mövzu fərqli olduğu üçün əlavələriniz olacaqsa mənim müzakirə səhifəmə yaza bilərsiniz. Buradakı müzakirəni yükləməyək. Turkmen talk 14:36, 9 July 2025 (UTC)Reply
    Əlavə sualım yoxdur, məsələ mənim üçün dəqiqləşmişdir. Diqqətinizə görə çox sağ olun. Sincerely, Gadir (talk) 14:48, 9 July 2025 (UTC)Reply

  • White Demon, əslində, bu qala bilərdi. Səsvermənin gedişatı, yəni səsverənlərin səslərinin yoxlanılıb etibarlı olub-olmaması və nəzərə alınması prosesi. Azvikidə tətbiq etdiyimiz və stüard seçkilərində də tətbiq olunan prosedur. Bu halda kim istəyir müdaxilə edə biləcək, bəndlə nizamlanardı. Sincerely, Gadir (talk) 15:53, 9 July 2025 (UTC)Reply
    Gadir, Мурад 97, Crepusculum istifadəçi qrupu sadəcə oflayn fəaliyyətə istisna edilib, sadəcə onlayn olacaq biri niyə üzv olsun ki? Say artırmaq üçün? --► Sincerely: SolaVirum 18:57, 9 July 2025 (UTC)Reply
    Tanıyıb etibar etdiyimiz istifadəçilər istisna ola bilər, hansı ki, sonradan icmanı təmsil də edə bilərlər və Azərbaycanda yaşamaya bilər. Məsələn, elə mən özüm hələ heç bir oflayn/onlayn tədbirdə iştirak etməmişəm. Bunun cavabını bilirsiz? İkinci və üçüncü sual. Sincerely, Gadir (talk) 20:07, 9 July 2025 (UTC)Reply
  • Yalnız Azərbaycan respublikasının vətəndaşı olmalıdır bəndi ilə bağlı onu deyim ki, qaydalar məcburi deyil, gələcəkdə bu bənd yenidən səsverməyə qoyula bilər. Bəzi Vikilərdə ölkə vətəndaşı olmadan aktiv istifadəçilər var. Məsələn Özbək Vikisinin aparıcı üzvü Nador özbək olsa da Qırğızıstanda doğulub və oranın vətəndaşıdır, həmçinin Tacik Vikisində aktiv şəxslərdən biri olan Mohammad Iran vətəndaşıdır. Hər iki istifadəçi qeyd edilən Vikilərin online tədbirlərində çox aktivdilər. Əgər gələcəkdə bizdə də belə bir istifadəçi olsa, dəyişiklik etmək olar. Hazırda bu bəndin qalmağının tərəfdarıyam.--En Merker (talk) 19:53, 9 July 2025 (UTC)Reply
  • @Turkmen, yaşım çatmağına, çatır, просто maraqlı gəlir deyə soruşuram; 16 yaş həddi nəyə görə var? :D əkrəm. 20:26, 10 July 2025 (UTC)Reply
    @Əkrəm, ilk öncə mən ümid edirəm ki, sizinlə görüşmək imkanım olar. Tanımaq istərdim. 16 yaş həddinə gəldikdə isə "AR-ın Əmək Məcəlləsi"nə görədir. Belə ki, məcəllənin "46-cı maddəsi"nə görə 15 yaşına çatmamış şəxslər Əmək fəaliyyəti göstərə bilməz/əmək müqaviləsi imzalana bilməz. İQ əsasən "oflayn" işlərlə bağlı olduğu üçün, bəzən kiçik də olsa əmək fəaliyyəti tələb edir. Ona görə hər ehtimal, 15-dən bir yaş artıq, 16 yaş qoyulub. Turkmen talk 20:39, 10 July 2025 (UTC)Reply
    inşallah, event-lərin birində rastlaşarıq, как раз mən də sizi tanıyaram :D sualıma aydınlıq gətirdiyiniz üçün də çox sağ olun ^^ əkrəm. 20:44, 10 July 2025 (UTC)Reply
Qaydalar nə üçün "AR-ın Əmək Məcəlləsi"nə istinadən tərtib olunur? Üzvlərin şəxsiyyət vəsiqələrinin toplanıb kopyasının alınması da əlavə olunsun o zaman qaydalara, bununla dəqiqləşdirilsin vətəndaşlıqları :) Maraqlıdır hara gedəcək bu işlərin sonu. --eldarado (talk | contributions | meta page) 07:10, 15 July 2025 (UTC)Reply
İstifadəçi qrupunun fəaliyyyəti ölkə daxilində olduğu üçün ola bilərmi? Yuxarıdakı sual da eyni qaydada tipik təcrübə tələb edir. Bunlar sadə şeylərdir. Azca fikirləşmək lazımdır. Başqası niyə sizin yerinizə fikirləşsin? Turkmen talk 07:35, 15 July 2025 (UTC)Reply

Yekun/Final decision:

Done, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupu qaydaları rəsmi olaraq qəbul edilmişdir.--Turkmen talk 04:47, 17 July 2025 (UTC)Reply