Jump to content

Ukraynanın Mədəni Diplomatiya Ayı 2025

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Ukraine's Cultural Diplomacy Month 2025 and the translation is 100% complete.

Ukraine's Cultural Diplomacy Month 2025  

[Social media: #UCDMonth] • [Link here: ucdm.wikimedia.org.ua]    



Ukrayna mədəniyyətinin Vikipediyada əhatəsini artırmaq üçün yazı çağırışına xoş gəlmisiniz!
  • Nədir?: Bu, Ukraynanın mədəniyyəti və insanları haqqında məqalələrin mümkün qədər çox dildə olan Vikipediya versiyalarında yaradılması və təkmilləşdirilməsi məqsədi daşıyan bir yazı müsabiqəsidir. Diqqət yetirilməsi tövsiyə olunan məqalələrin siyahısı təşəbbüsün təşkilatçıları tərəfindən təqdim olunmuşdur. Ən fəal iştirakçılar mükafatlarla təltif olunacaqlar.
  • Nə vaxt?: Yazı çağırışı 00:01, 14 aprel 2025 (UTC) tarixindən 23:59, 16 may 2025 (UTC) tarixinədək keçirilir.
  • Necə?: Müsabiqənin strukturu sadədir və 4 addımdan ibarətdir: Məqalələri seç → İşin üçün xal qazan → Mümkün qədər çox xal toplamağa çalış → Sənin töhfən mükafatlandırılsın!
  • Kim?: İstənilən Vikipediya istifadəçisi, hansısa vikidə yaradılmış hesabı olmaq şərti ilə bu kampaniyanın iştirakçısına çevrilə bilər. İştirak etmək üçün İştirakçılar bölməsində qeydiyyatdan keçmək kifayətdir.
  • Niyə?: Bu müsabiqə vasitəsilə Ukrayna xalqı üçün əhəmiyyət kəsb edən mədəniyyət hadisələri barədə məqalələrin keyfiyyətini artırmağı və Vikipediyada etibarlı məlumatların təqdim olunmasını təmin etməyi hədəfləyirik. Müsabiqə Vikimedia Ukrayna tərəfindən Ukrayna İnstitutuUkraynanın Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.
Əvvəlki kampaniyalar