Vəfat etmiş istifadəçilər

From Meta, a Wikimedia project coordination wiki
Jump to navigation Jump to search

Bu vəfat etmiş VikiMedia redaktorlarının özünəməxsus xatirə guşəsidir. Bu siyahının natamamvam olması təbiidir və onun hər-hansı surətdə zənginləşdirilməsi çox qiymətlidir və alqışlanır. Əgər sizə burada adı olmayan vəfat etmiş redaktorlar haqqında nəsə məlumdursa, onu mümkün qədər qısa tərcümeyi-halla bərabər bu siyahıya əlavə edin.

Vəfat etmiş istifadəçilər[edit]

J vekilov (Cavanşir Vəkilov)[edit]

azwiki

J vekilov (1951-2013) — diplomat, pedaqoq, tarix elmləri namizədi (1988), görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq Mehdixan Vəkilovun oğlu. Aktiv Vikipediya istifadəçisi. 2013-cü il avqustun 23-də dənizdə boğularaq vəfat edib[1].

Vəfatı Vikipediya iştirakçıları tərəfindən üzüntü ilə qarşılanıb.[2]

Caferi (Asim Məmmədov)[edit]

Caferi

azwiki

Caferi (1994-2013) — gənc şair, tələbə, vikipediyaçı Asim Məmmədov 2013-cü il noyabrın 25-də intihar edib[3].

Vəfatı Vikipediya iştirakçıları tərəfindən üzüntü ilə qarşılanıb.[4]

İstinadlar[edit]