Jump to content

Vikimedia icması istifadəçi qrupu Türkiyə

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Wikimedia Community User Group Turkey and the translation is 90% complete.
Outdated translations are marked like this.
Vikimedia icması istifadəçi qrupu Türkiyə
250px
Turkey
Yeri Türkiyə
Ölkə koduTR
Yaradılma tarixi2016
Təsdiqlənmə tarixi26 fevral 2016
Baş ofisİstanbul
Könüllülər58
Rəsmi dil(lər)türk dili
HesabatlarHesabatlar
Veb-saytıtr.wikimedia.org
E-poçt ünvanıwmtr(_AT_)wikimedia.org.tr
Libera.Chatwikimedia-tr
TwitterWikimedia Turkey
FacebookWikimedia Turkey
InstagramWikimedia Turkey
YouTubewikimediaturkey

Vikimedia icması istifadəçi qrupu Türkiyə (WMTR) (türkcə: Wikimedia Topluluğu Kullanıcı Grubu Türkiye) – Türkcə Vikipediyada və onun müxtəlif qardaş layihələrində, eləcə də Vikianbar, Meta-viki, "Outreach", Vikidata və s. kimi bəzi digər qlobal Vikimedia layihələrində fəal iştirak edən Türk Vikimedia icmasının üzvləri tərəfindən yaradılmış qrup.

Bundan əlavə, istifadəçi qrupunun hazırkı üzvlərinin əksəriyyəti bir neçə il aktiv fəaliyyət göstərən vikimediaçılardır və onlardan bəziləri xaricdə müxtəlif görüş və konfranslarda iştirak edərək, "Türk vikimediaçıları" icmasını təmsil ediblər. Həmçinin Türkiyədəki universitetlərdə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edərək, tələbələrə və gənclərə Vikimedia və onun layihələri haqqında icma üçün potensiala malik yeni insanları cəlb etmək məqsədilə təqdimatlar və seminarlar keçiriblər.

Ad

Biz "Wikimedia Community User Group Turkey" adından istifadə edirik və gələcəkdə "çapter"ə çevrilərək "Wikimedia Turkey" adından istifadə etməyi planlaşdırırıq. Hər iki təşkilat üçün WMTR qısaltmasından istifadə edəcəyik.

Komanda

Təsisçi üzvlər

İcraçı komanda

  • Başak (Layihə meneceri)
  • Zafer (Layihə meneceri)
  • Adem (Tərəfdaşlığa dəstək üzrə əməkdaş)
  • Kurmanbek [Caner] (Kommunikasiya dəstəyi üzrə mütəxəssis)

Bizimlə əlaqə

Qərarlar

Hədəflər





  • Vikimedia layihələrinin koordinasiya edilməsi və tanıdılması
  • "IRC" və "Skype" vasitəsilə müntəzəm onlayn görüşlər
  • Kooperativ layihələrin hazırlanması və universitetlər, muzeylər, kitabxanalar, qalereyalar, fondlar və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq
  • Türkiyə Respublikasının rəsmi təşkilatları ilə ortaq layihələrin hazırlanması
  • Vikimedia layihələrindəki məzmununun düzgün istifadəsi barədə icma və ictimaiyyətin məlumatlandırılmasını həyata keçirmək
  • Vikimedia layihələrinin maliyyələşdirilməsi
  • Sərgi və konfranslarda iştirak
  • İnternetdə türk məzmunu sahibləri ilə əlaqə qurmaq və onları pulsuz lisenziyanı üstün tutmağa təşviq etmək

Üzvlər

Click this link to see how to join the community and view the criteria. Üzvlərimizin tam siyahısını görmək üçün bu səhifəyə klikləyin.

Fəaliyyət