Vikimedia Fondunun seçkiləri/Tək transfer edilə bilən səs

SecurePoll artıq seçicilərə seçmək istədikləri namizədləri üstünlük sırasına görə müəyyən etməyə imkan verən sıralanmış səsvermə üsulu olan Tək transfer edilə bilən seçki (STV) metodunu dəstəkləyir. Biz SecurePoll üçün Mikin versiyası ilə Drup kvotasını seçmişik.
Mikin versiyası STV seçkilərində ən populyardır və bir neçə təşkilat və hökumət tərəfindən seçkilərdə istifadə olunur. Aşağıdakı nümunədə ümumi anlayışı izah etmək üçün daha sadələşdirilmiş STV tətbiqi (Şotland STV-si) istifadə olunur. Siz bu versiyada istifadə olunan eyni metodun daha dəqiq təsvirini tapa bilərsiniz.
STV istifadə edən Vikimedia seçkiləri
Nümunə
- Namizədlər: Timsah, Ayı, Pişik, İt
- Mandat: 2
- Seçici sayı: 7
| Seçicilər | Timsah | Ayı | Pişik | İt |
|---|---|---|---|---|
| Seçici 1 | - | Üçüncü seçim | İkinci seçim | Birinci seçim |
| Seçici 2 | Dördüncü seçim | İkinci seçim | Üçüncü seçim | Birinci seçim |
| Seçici 3 | Birinci seçim | Üçüncü seçim | Dördüncü seçim | İkinci seçim |
| Seçici 4 | Birinci seçim | İkinci seçim | Üçüncü seçim | Dördüncü seçim |
| Seçici 5 | Üçüncü seçim | Birinci seçim | Dördüncü seçim | İkinci seçim |
| Seçici 6 | Birinci seçim | İkinci seçim | - | - |
| Seçici 7 | Birinci seçim | Dördüncü seçim | İkinci seçim | Üçüncü seçim |
Drup kvotası = tam hissə(ümumi etibarlı səslər / (mandat sayı + 1)) + 1 = tam hissə(7 / (2 + 1)) + 1 = 3
1-ci mərhələ

- Timsah: 4 səs – Seçildi
- Ayı: 1 səs – Seçilmə şansı var
- Pişik: 0 səs – Kənarlaşdırılan namizəd
- İt: 2 səs – Seçilmə şansı var
Birinci mərhələ üçün hər bir seçicinin birinci seçim səslərini nəzərdən keçiririk. Timsah Drup kvotasına çatıb, buna görə də Timsah seçilmiş elan olunur.
2-ci mərhələ
- Timsah: Seçilib
- Ayı: 1 + 0.5 = 1.5 səs
- Pişik: 0 + 0.25 = 0.25 səs – Kənarlaşdırıldı
- İt: 2 + 0.25 = 2.25 səs
Timsahın seçicilərin ikinci seçimlərinə uyğun olaraq yenidən bölüşdürüləcək 1 artıq səsi var.
Timsahın bütün səslərinə baxsaq - 2 seçici Ayını ikinci, 1 seçici Pişiyi ikinci, 1 seçici isə İti ikinci seçib.
Timsahın artıq səsi proporsional olaraq bölünür. Ayı 0,5, Pişik və İt 0,25 əlavə səs alır.
Heç bir namizəd Drup kvotasına çatmadığı üçün ən az səs toplayan namizəd (Pişik) kənarlaşdırılacaq və bu səslər proporsional şəkildə transfer ediləcək.
3-cü mərhələ
- Timsah: Seçilib
- Ayı: 1 + 0.5 + 0 = 1.5 səs = İkinci kənarlaşdırılan namizəd
- Pişik: Kənarlaşdırıldı
- İt: 2 + 0.25 + 0.25 = 2.5 səs
Pişik ən az səsi topladı və beləliklə, seçkidən kənarlaşdırıldı. Seçici 7-nin Timsah (artıq seçilib) və Pişikdən (artıq kənarlaşdırılıb) sonra 3-cü seçimi İt olduğu üçün Pişiyin bütün səsləri İt-ə keçir.
Heç kim Drup kvotasına çata bilmədi, buna görə də ən az səs toplayan daha bir namizəd kənarlaşdırılacaq. Beləliklə, Ayı səsvermədən ayrılır.
4-cü mərhələ
- Timsah: Seçilib
- Ayı: Seçilmədi
- Pişik: Seçilmədi
- İt: 2 + 0.25 + 1.5 = 3.75 səs – İkinci seçilmiş namizəd
Ayı ən az səsi topladı və buna görə də seçkidən kənarlaşdırıldı. 4 və 5-ci seçicilərin sıralamasında Ayıdan sonra İt olduğu üçün onların səsinin bir hissəsi İtə ötürülür, lakin 6-cı Seçici Timsah və Ayıdan başqa heç bir namizəd göstərmədiyinə görə (artıq seçilmiş və ya kənarlaşdırılmış), səslərinin dörddə biri silinir.
İt 3,75 səsə çatır ki, bu da təyin olunan limitdən artıqdır və beləliklə, o, seçilmiş elan edilir.
Nəticə
Nəticə olaraq, bizim iki seçilmiş namizədimiz və iki seçilməmiş namizədimiz var:
- Seçilmiş namizədlər: Timsah və İt
- Seçilməmiş: Ayı və Pişik
Qeydlər
- Mərhələdə heç bir namizəd Drup kvotasına çata bilməyibsə, ən az səs toplamış namizəd seçkidən kənarlaşdırılır və onun topladığı səslər seçicinin sıralanmış seçimlərinə uyğun olaraq qalan namizədlər arasında yenidən bölüşdürülür.
- Son raundda bir mandat qaldığı zaman iki və ya daha çox namizəd bərabərlikdə qalarsa, proqram təminatı seçki inzibatçılarına və ya seçki komitəsinə bərabərliyi necə pozmaq barədə qərar verməyə imkan verir.
- Yadda saxlayın ki, yuxarıdakılar sadələşdirilmiş nümunədir. Faktiki hesablamada Drup kvotası hər turda yenidən hesablanır.
- Əgər aralıq turlardan birində iki və ya daha çox namizəd çıxarılma üçün bərabərlik edərsə, biz bu sənəddə qeyd olunduğu kimi "Qısa yol ilə kənarlaşdırma qaydasına" (Short-cut exclusion rule) əməl edəcəyik. Bu qayda bizə heç vaxt qalib gələ bilməyəcəyinə riyazi zəmanət olduğu zaman namizədləri kənarlaşdırmağa imkan verir. Bu, namizədin səsləri, mövcud əlavə səslərin hamısı ona verilsə belə, növbəti ən çox səs toplayan namizədin səs sayını keçmədikdə baş verəcək. Bu, heç-heçə halında namizədi təsadüfi şəkildə kənarlaşdırmaqdansa, kənarlaşdırmaları müəyyən etmək üçün daha ədalətli bir üsul sayılır.
Daha böyük bir seçki ilə bağlı nümunə. Qeyd edək ki, OpaVote/OpenSTV heç-heçə hallarında təsadüfi (psevdorandom) kənarlaşdırmalardan istifadə edir. Buna görə də, heç-heçə baş verdikdə onların nəticələri bizim nəticələrimizdən fərqli ola bilər.
- Əgər seçici artıq səsvermə vikisinə daxil olubsa, o, ev vikisindən səsvermə serverinə keçərək səs verməyə cəhd edərkən xəta görə bilər. Bu, əsas vikiyə qayıdıb yenidən cəhd etməklə həll edilə bilər.
- Qeyd: Sayım prosesi zamanı yüksək dəqiqlikli rəqəmlər sayım səhifəsində dəqiq şəkildə göstərilməyə bilər. Arxa planda PHP istifadə olunur və bu da son dərəcə yüksək dəqiqliklə hesablamaları dəstəkləyir. Lakin bu dəqiqliyin interfeysdə əks olunması asan deyil. Nəticədə, bu, istifadəçi üçün aydın görünməsə də, bəzi hallarda namizədlərin kənarlaşdırılmasına və ya seçilməsinə təsir göstərə bilər. Məsələn, əgər A namizədi bir turda 86.0000000003 səs, B namizədi isə 86.0000000004 səs alırsa, hər ikisi "86" səsi var kimi göstərilə bilər, lakin tam dəqiq ədədlər müqayisə edildikdə daha az səsə sahib olan A namizədi kənarlaşdırılacaq.