Jump to content

Hərəkat Nizamnaməsi/Hazırlanma Komitəsi/Bildiriş - Ratifikasiya səsverməsinin nəticələri

From Meta, a Wikimedia project coordination wiki

Vikimedia Hərəkatı Nizamnaməsinin ratifikasiya səsverməsinin nəticələri

Bu mesajı əlavə dillərə tərcümə edilmiş şəkildə Meta-vikidə tapa bilərsiniz. Please help translate to your language

Hamıya salam,

Həm fərdi, həm də ortaq səsləri diqqətlə hesabladıqdan sonra Nizamnamə Seçki Komissiyası Vikimedia Hərəkatının Nizamnaməsi üzrə səsvermənin yekun nəticələrini məmnuniyyətlə elan edir.

Nizamnamə Seçki Komissiyasının məlumat verdiyi kimi, 9 iyul, 23:59 UTC tarixində səsvermə başa çatana qədər həm Tərəfdaş, həm də fərdi səslər üçün kvoruma çatdıq. Ratifikasiya prosesində səs verən bütün 2451 nəfərə və 129 Affiliasiya nümayəndəsinə təşəkkür edirik. Səsləriniz və şərhləriniz Hərəkat Strategiyasında gələcək addımlar üçün əvəzolunmazdır.

25 iyun - 9 iyul 2024-cü il tarixləri arasında keçirilən Vikimedia Hərəkatı Nizamnaməsi ratifikasiya səsverməsinin yekun nəticələri aşağıdakı kimidir:

Fərdi səs:

İyulun 9-u saat 23:59-a (UTC) səs verən 2451 nəfərdən 2446 nəfərin səsi etibarlı hesab edilib. Bunlardan 1.710 "bəli"; 623 "yox", 113 nəfəri isə neytral səs verib. Neytral səslər verilən səslərin ümumi sayına əlavə edilmədiyi üçün səs verənlərin 73,30%-i Nizamnamənin təsdiqinə (1710/2333), 26,70%-i isə Nizamnamənin rədd edilməsinə (623/2333) səs verib.

Üzvlərin səsi:

9 iyul 23:59 (UTC) tarixinə səs verən 129 Üzvdün 129-unun da səsi etibarlı səs hesab edilib. Bunlardan 93-ü "bəli", 18-i "yox", 18-i isə neytral səs verib.. Neytral səslər verilən səslərin ümumi sayına əlavə olunmadığı üçün, səs verənlərin 83,78%-i Nizamnamənin təsdiqinə (93/111), 16,22%-i isə Nizamnamənin rədd edilməsinə (18/111) səs verib.

Vikimedia Fondunun Qəyyumlar Şurası:

Vikimedia Fondunun Qəyyumlar Şurası 8 iyul 2024-cü il tarixdə Şuranın növbədənkənar iclası zamanı təklif olunan Nizamnaməni ratifikasiya etməməyə qərar verdi. Vikimedia Fondunun Qəyyumlar Şurasının sədri Nataliya Tımkiv səsverməni, qətnaməni, iclas protokollarını və təklif olunan növbəti addımları paylaşıb.

Bununla da, Vikimedia Hərəkatının Nizamnaməsi hazırkı versiyada ratifikasiya olunmayıb.

Hərəkatımızın idarə olunmasında bu mühüm məqamda iştirakınıza görə sizə təşəkkür edirik.

Nizamnamə Seçki Komissiyası,

Abhinav619, Borschts, Iwuala Lucy, Tochiprecious, Der-Wir-Ing