Jump to content

Translations:Wikimedia Foundation Annual Plan/77/az

From Meta, a Wikimedia project coordination wiki

Sonrakı düşündüyümüz şey "Auditoriyamızın bizdən gözlədiyi ehtiyac nədir?" Çox sadə səviyyədə auditoriyamıza töhfə verənlər, oxucular və məzmunumuzdan istifadə edən digər şəxslər və ianəçilər daxildir. Töhfəçilər dedikdə, redaktorlar (bütün təcrübə səviyyələrində), məzmun yükləyənlər və könüllü tərtibatçılar da daxil olmaqla, Vikimedia layihələrində məzmunu inkişaf etdirmək və ya təkmilləşdirmək üçün vaxt ayıran hər kəsi nəzərdə tuturuq. İkinci kateqoriyaya fərdi oxuculardan tutmuş akademik tədqiqatçılara, Vikimedia məzmununu istehlak edən və təkrar istifadə edən irimiqyaslı təşkilatlara qədər hər kəs daxildir. İanəçilər dedikdə, istənilən ölçüdə və istənilən üsulla maliyyə dəstəyi verən hər kəs nəzərdə tutulur. Diqqət etməli olduğumuz qlobal trendlər, infrastruktur və proqram təminatı ehtiyacları, hüquqi və tənzimləyici problemlər və birgə işimiz haqqında dünyanın bilməli olduğu şeylər haqqında il ərzində Vikimedia Hərəkatından eşitdiklərimizi düşünürük.