Talk:Azerbaijani Wikimedians User Group/az

From Meta, a Wikimedia project coordination wiki
Other languages:

This page is a translated version of Talk:Azerbaijani Wikimedians User Group#Some questions from AffCom. No answers will be given on this page. Check English version for answers.

Qoşulma Komitəsindən bəzi suallar[edit]

Salam, Azərbaycan wiki[pm]ediaçıları! Uşaqlar, mən sizə bəzi suallar verəcəm ki, bütün lazımlı məlumatları bir səhifədə (1-2 paraqraflıq icmallar və ya digər səhifələrə keçidlər qəbul olunur) toplayaq və bu məlumatları sizi daha yaxşı tanımaq və bütün nümayəndəliklər haqqında kataloq yaratmaq üçün istifadə edək. Bu həmçinin, gələcəkdə siz yerli nümayəndəlik və ya tematik təşkilat yaratmaq istədikdə faydalı olacaq. Nəzərə alın ki, "bizim eşitmək istədiyimiz" və ya səhv cavablar deyilən şey yoxdur.

  • Bu müraciətin arxasında duran şəxslər kimlərdir?
    • Neçə nəfər?
    • Aktiv olanlar (yerli və ya beynəlxalq səviyyədə) Wiki[pm]ediaçılar? (lütfən istifadəçi adı və mənşə vikisini qeyd edin)
    • Hansı vikicəmiyyətlərdə aktivdirlər?
    • Coğrafi olaraq harada məskunlaşıblar?
    • Sizcə qrupa neçə nəfər qoşulmaq istəyəcək?
  • Müraciət və yekun razılaşma üçün bizə 2 nəfər əlaqələndirici şəxs lazımdır ki, onlar qrupunuz adından Vikimedia İstifadəçi Qrupu Razılaşmasını imzalasınlar. Onlar kimlər olacaq?
  • Qrupunuzun əsasının qoyulmasından bu yana keçdiyiniz yolu qısa təsvir edə bilərsinizmi?
  • Bu qrup üzvlərinin hər hansı tədbiri/görüşləri və s. olubmu?
  • Gələcəkdə bu istifadəçi qrupunda hansı fəaliyyət planlaşdırılır?
  • Biz Sizə necə kömək edə bilərik?
  • Siz hansı adı istifadə etmək niyyətindəsiniz? (Step-by-step_user_group_creation_guide/az#Addım_3:_Qrupunuza_ad_seçin səhifəsində müəyyən hazır şablonlar göstərilib.)

Bu suallara cavab vermək üçün vaxt ayırdığınıza görə əvvəlcədən təşəkkür edirəm. Bu cavablar bizə imkan verəcək ki, sizin qrup haqda təsəvvür yaradaq və istifadəçi qrupu statusu alma mərhələsindən hansı uzaqlıqda olduğunuzu müəyyən edək. Əgər hər hansı aydınlaşdırma lazımdırsa, mənə xəbər verin!

Təşəkkür edirəm! --Maor X

Inviting you to participate in the women editing contest "The women you have never met"[edit]

Dear Azerbaijani Wikimedians User Group,

Hope this message finds you all well :) On behalf of Iberocoop network I want to invite you to be part of the women editing contest we are organizing along with many other chapters and user groups in the movement. You are doing an excellent work on your local context and we will be so pleased to have you on board. In this very early stage, we are asking the organizations to add their interest in the following meta page Hope to see you there soon! Hugs--Anna Torres (WMAR) (talk) 14:54, 13 January 2017 (UTC)[reply]

BƏYANAT[edit]

"Azərbaycan vikimediaçıları" istifadəçi qrupundan ayrılmaq barədə
BƏYANAT
Hörmətli həmkarlar, Bu bəyanatımla bu gündən etibarən "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun üzvü olmadığımı bəyan edirəm. Buna səbəb dünən Kənd meydanında Sortilegusla olan yazışmalarımdır. Belə ki, gec də olsa xəbər tutdum ki, müvafiq qrupun yaradılması prosesində iştirak etsək də, SortilegusWertuose qrupun qeydiyyatı üçün müraciət edərkən bizim onlara olan etimadımızdan sui-istifadə edərək, təsisçi kimi yalnız öz adlarını qeyd etdiriblər. Şəxsən mən bunu bizə qarşı ədalətsizlik hesab edirəm. Belə hərəkət qrupun fəaliyyətinin şəffaflığını təmin etmir. Qrupla bağlı strateji qərarların qəbulu zamanı digər üzvlərin hüquqlarını məhdudlaşdırır, onları kənarda saxlayır. Bir sözlə qrup onun yaradılması prosesində iştirak edən və sonradan ona üzv qismində qoşulan istifadəçilərin ümumi maraqlarına uyğun deyil, yalnız iki şəxsin marağına uyğun fəaliyyət göstərir. Ona görə də qrupdan ayrılmağımı məqsədəuyğun hesab edirəm.

Hamıya hörmətlə, --►Cekli829 12:14, 30 March 2017 (UTC)[reply]

Vikimaniya konfransları[edit]

Hörmətli həmkarlar, məqsədlərimizdən biri də, vikimaniya konfranslarının ölkəmizdə keçirilməsidir. Bu beynəlxalq konfransda bizim qrupumuz da, rəsmi saytı "wikimedia.az" olan qrup kimi iştirak etsin. Həmçinin vikimaniya saytının daxilindəki səhifələri azərbaycan dilinə uyğunlaşdırmalıyıq. Mən 2016- cı ildə bunu etmək üçün əlimdən gələni etdim. Məncə buna bir də nəzər yetirin. Hörmətlə S--------D (talk) 07:59, 8 July 2017 (UTC)[reply]

coğrafiya[edit]

Məqalə Xanım Ceferzade (talk) 17:20, 6 October 2017 (UTC)[reply]

Görüş[edit]

Salam bəylər. Mən uzun zaman vikipediyada yazmağıma rəğmən bu yaxınlarda aktiv olmaq qərarına gəlmişəm. Bilmək istəyirdim ki, mütəbadi görüklər kiçirilirmi? Fikir mübadiləsi və strateji əməkdaşlıq etmək üçün bu çox yaxşı olardı. Mirhasanov (talk) 08:11, 28 January 2020 (UTC)[reply]