Jump to content

Vikimedia Fondu seçkiləri/2022/Elan/Seçki Kompası Bəyanatlarına səs verin

From Meta, a Wikimedia project coordination wiki

Seçki Kompası Bəyanatlarına səs verin

Bu mesajı əlavə dillərə tərcümə edilmiş şəkildə Meta-vikidə tapa bilərsiniz.

Hamıya salam,

Qəyyumlar Şurası 2022-ci il seçkilərində könüllülər, Seçki Kompasında istifadə ediləcək bəyanatlara səs verməyə dəvət olunurlar. Meta-vikidə Seçki Kompasına daxil edilməsini istədiyiniz ifadələrə səs verə bilərsiniz.

Seçki Kompası seçicilərə öz inanclarına və baxışlarına ən yaxşı uyğun gələn namizədləri seçməkdə kömək etmək üçün bir vasitədir. İcma üzvləri namizədlərə Lickert şkalası ilə cavab vermələri üçün bəyanatlar təklif edəcəklər (razıyam/neytral/narazıyam). Namizədlərin ifadələrə cavabları Seçki Kompası alətinə yüklənəcək. Seçicilər ifadələrə cavablarını daxil etməklə alətdən istifadə edəcəklər (razıyam/narazıyam/neytral). Nəticələr seçicilərin inanclarına və baxışlarına ən yaxşı uyğun gələn namizədləri göstərəcək.

Seçki Kompası üçün vaxt qrafiki:

  • 8 - 20 iyul: Könüllülər Seçki Kompası üçün bəyanatlar təklif edirlər
  • 21 - 22 iyul: Seçki Komitəsi bəyanatlara aydınlıq gətirmək üçün nəzərdən keçirir və mövzudan kənar bəyanatları çıxarır
  • 25 iyul - 3 avqust: Könüllülər bəyanatlara səs verirlər
  • 4 avqust: Seçkilər Komitəsi ən yaxşı 15 bəyanatı seçir
  • 5 - 12 avqust: namizədlər özlərini bəyanatlarla uyğunlaşırlar
  • 16 avqust: Seçki Kompası seçicilərin səsvermə qərarlarını yönləndirə bilmələrinə yardımçı olması üçün açılır

Seçki Komissiyası avqustun əvvəlində ən yaxşı 15 bəyanatı seçəcək

Hörmətlə,

Hərəkat Strategiyası və İdarə heyəti

Bu mesaj İdarə Heyətinin Seçki İşçi Qrupu və Seçki Komissiyası adından göndərilib