Jump to content

Wikimedia Foundation elections/Board elections/2011/az

From Meta, a Wikimedia project coordination wiki
Seçkilər 12 İyun 2011 tarixində başa çatmışdır. Səslər artıq qəbul edilməyəcəkdir.
Seçkinin nəticələri 17 İyun 2011 tarixində elan olunacaqdır.
Qəyyumlar Şurası seçkisi - 2011
Təşkilat

Qəyyumlar Şurasına 2011-ci ilin seçkiləri 2011-ci ilin 29 may-12 iyun tarixləri arasında keçirilir. Vikimediya layihəsi iştirakçıları iki il müddətinə üç namizəd seçə bilərlər. Qəyyumlar Şurası qeyri-kommersiya 501(c)(3) təşkilatı olan və ABŞ-da qeydə alınmış Vikimediya Fondunun ali orqanıdır. Vikimediya Fondu VikipediyaVikiAnbar kimi bir çox layihələri idarə edir.

Seçkilər təhlükəsiz şəkildə w:Software in the Public Interest şirkətinin serverlərində keçirilir. Səslər anonim saxlanılır, Seçki Komitəsində olan və ya Software in the Public Interest şirkətində təmsil olunmayan heç bir şəxs bu səsləri görə bilməz. Seçici informasiyasını yalnız seçkilərin nəticəsini yoxlayan və hesablayan bir neçə şəxsin (Seçki Komitəsində) görməsi mümkündür. Seçicilər üstünlük verdikləri namizədləri rəqəmli sıralamaya uyğun şəkildə göstərir. Səslər Şultz Metoduna uyğun şəkildə hesablanacaq.

Seçki Komitəsi seçkilərin nəticələrini 15 iyun tarixindən gec olmayaraq açıqlayacaqdır. Ətraflı nəticələri əldə etmək mümkün olacaqdır.

Seçicilər üçün məlumat

[edit]

Tələblər

[edit]
Redaktorlar

Siz Vikimediya Fondunun hər hansı birində qeydə alınmış bir istifadəçi hesabı ilə səs verə bilərsiniz (Siz bir neçə hesabınızın olmasına baxmayaraq yalnız bir hesabla səs verə bilərsiniz). Səsin etibarlı hesab olunması üçün bu hesab:

  • birdən çox layihədə bloklanmamalıdır;
  • bot olmamalıdır;
  • 15 may 2011-ci il tarixə kimi öz bölmənizdə heç olmasa 300 dəyişiklik etməlisiniz (müxtəlif bölmələrdəki düzəlişlər toplanmır, hətta sizin hesabınız bir hesabda birləşdirilibsə belə);
  • 15 noyabr 2010 və 15 may 2011-ci il tarixləri arasında ən azı 20 düzəliş olunmalıdır.
Qurucular (texniki cəhətdən)

Qurucular o vaxt səsverməyə buraxılırlar ki:

  • Vikipediya serverlərinin idarəçiləri olsunlar;
  • Dəyişiklik etməyə icazələri olsun (commit access) və 15 may 2010-15 may 2011 tarixləri arasında heç olmasa bir dəyişiklik etsinlər (commit).
Heyət və müvəqqəti işçilər
  • 15 fevral 2011-15 may 2011 arasında Vikimediya Fondunda çalışan şəxsi heyət və müvəqqəti işçilər səsverməyə buraxılır.
Qəyyumlar Şurasının və Məsləhət Şurasının üzvləri

Qəyyumlar ŞurasıMəsləhət Şurasının indiki və keçmiş üzvləri səsverməyə buraxılır.

Necə səs verməli

[edit]

Əgər səsvermə hüququnuz varsa:

  1. Namizədlər haqqında oxuyun və hansı namizədləri dəstəkləmək qərarını verin.
  2. Sizə səsvermə hüququ verən layihə səhifəsinin «Special:Securepoll» bölməsinə keçin. Məsələn, əgər sizin düzəlişlərinizin çoxu meta.wikimedia.org/ bölmədə olubsa, meta.wikimedia.org/wiki/Special:Securepoll səhifəsinə keçin.
  3. Bu səhifədəki təlimata riayət edin.

Namizədlər üçün məlumat

[edit]

Şura üzvlərinin rolu və vəzifələri

[edit]
Rəhbərlikdən:

Qəyyumlar Şurası - Vikimediya Fondunun nəzarətedici orqanıdır. Şuranın vəzifələrinə aşağıdakılar daxildir:

  • Vikimediya Fondunun və onun layihələrinin ən əhəmiyyətli missiya, məqsədlərini, uzunmüddətli plan və qaydaların müəyyən etmək
  • Vikimediya Fondundakı gündəlik əməliyyatlara nəzarət edən fondun icraçı direktorunu seçmək, eləcə də onu və onun fəaliyyətlərini qiymətləndirmək
  • Bir neçə müstəqil gəlir mənbəyini təyin etməklə təşkilatın davamlılığını təmin etmək
  • Vikimediya Fondunun istiqaməti və fəaliyyətləri barədə ictimaiyyətə davamlı olaraq məlumat vermək.
  • Muhasibatlıq, büdcə və proqramların həyata keçirilməsində heyətə nəzarət olunması
  • Qanuni və etik bütövlüyün qorunub saxlanılması
  • Yeni qəyyumların cəlb oluması və yönləndirilməsi
  • Vikimediya Fondunun missiyasının ictimaiyyətdə təbliğ etmək

Şuranın vəzifələrinə aşağıdakılar daxil deyil:

  • Fövqəladə vəziyyətlər istisna olmaqla gündəlik fəaliyyətlərə müdaxilə etmək
  • Vikimediyanın lahiyə səviyyəsində redaktə qaydalarını təyin etmək
  • İcmada olan təməl mübahisələrin çözülməsi
  • Vikimediyanın Fondunun müntəzəm təşkilati işlərinin spesifik sahələrində könüllü iştirak etmək

Namizədlərə verilən tələblər

[edit]

Namizədliyinizi necə irəli sürə bilərsiniz

[edit]

Təşkilat

[edit]

Müddətlər

[edit]
  • 5 aprel—2 may 2011: ilkin tərcümə.
  • 2—22 мая 2011: namizədlərin irəli sürülməsi.
  • 22 may 2011: şəxsiyyəti təsdiq edən sənədin ən gec göndərilmə müddəti (gecikən, yaxud sənədlərin hamısını təqdim etməyən namizədin qeydiyyatı ləğv olunacaq).
  • 29 may — 12 iyun 2011: seçkilər.
  • 13—15 iyun 2011: səslərin hesablanması.
  • 15 iyun 2011: nəticələrin elan olunması.

Tərcüməçilər

[edit]

Seçkilərdə iştirak edənlərin namizədliklərini irəli sürülməsinin təmin olunması məqsədilə seçki haqqında elanların və namizədlərin proqramlarını mümkün qədər çox dilə tərcümə etmək lazımdır. Əgər siz tərcümə işində köməklik göstərə bilərsinizsə, tərcümələr səhifəsinə keçin.