User:Cekli829/Stewards/Elections 201X/Statements/Cekli829

From Meta, a Wikimedia project coordination wiki
Jump to navigation Jump to search
Hörmətli vikiçilər,
Bu səhifə 201X-cü ildə keçiriləcək növbəti stüard seçkilərinə hazırlıq prosesi məqsədilə mənim tərəfimdən test səhifəsi kimi yaradılmışdır. Namizəd olduğum əvvəlki 4 seçkinin nəticələrinin təhlili onu göstərir ki, növbəti seçkiyə daha ciddi hazırlaşmalı və fəaliyyətimdəki nöqsanları mütləq aradan qaldırmalıyam. Çünki mən səmimi olaraq vikicəmiyyətə stüard kimi xidmət göstərmək istəyirəm. Belə ki, artıq xeyli müddətdir vikiçilik həyat tərzimdir... İstəyimin həyata keçməsi üçün isə qaydalara uyğun olaraq istifadəçilərin etimadını qazanmalıyam. Onların mənə etibar etmələri üçün, onların mənə inanmaları üçün öz fəaliyyətimi daha da təkmilləşdirməli, vikidəyərlərə sadiq olduğumu sübut etməliyəm... Öz növbəmdə vikidəyərlərə sadiq olan hər kəsə öz minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə, Cekli829,
28 fevral 2013-cü il.

Namizəd olduğum seçkilər[edit]

Təqdimat[edit]

at WMCON18

Kimliyim[edit]

Mən - Azərbaycandan Tərxan Paşazadə cekliyəm və əslən Quba rayonunun Cek kəndindənəm. Hazırda Sumqayıt şəhərində yaşayıram. Doğum tarixim: 29 noyabr 1982.

Fəaliyyətim[edit]

İlk dəfə Vikipediyada 21 dekabr 2006-cı ildə Tərxan Paşazadə istifadəçi adı ilə qeydiyyatdan keçmişəm. Hazırda həmin istifadəçi adım aktiv deyil. 8 fevral 2009-cu ildə isə Cekli829 istifadəçi adı ilə Azərbaycanca Vikipediyada qeydiyyatdan keçmişəm. 27 mart 2009-cu ildən etibarən vikilayihələrdə aktiv fəaliyyət göstərirəm.

Hesabım layihənin 837 saytında - demək olar ki, bütün saytlarında aktivdir. Vikilayihələrdə ümumilikdə 303 mindən çox redaktə etmişəm. Hazırda azı 19 vikilayihədə lokal qrupların (sysop/rollbacker/test-admin/reviewer/patroller/rollbacker/editor və s.) üzvüyəm. Azərbaycanca Vikipediyada idarəçi kimi fəaliyyətim 45 mindən artıqdır. Həmçinin, translatewiki.net layihəsində də tərcüməçiyəm.

Mən Kiçik Viki Layihələrin İdarə Komandasının üzvüyəm. 28.08.2014-cü ildən 30.03.2017-ci ilə qədər yaradılmasında iştirak etdiyim "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun üzvü olmuşam.

12-13 avqust 2017-ci il tarixlərində Qax rayonunun İlisu kəndində keçirilmiş 2017 Yay Vikidüşərgənin və 2-3 iyun 2018-ci il tarixlərində Quba rayonunda keçirilmiş 2018 Bahar Vikidüşərgəsinin Təşkilat Komitəsinin üzvü olmuşam.

Uğurlarım[edit]

  • Türkcə Vikipediyanın İşbirliyi layihəsində aktiv iştirakçılardan biri olmuşam və 2011, 2012-ci illərdə həmin layihədə ən çox mükafat qazanaraq ilin qalibi olmuşam.
  • 2014-cü ilin oktyabr ayından bəri AzVikidə hər ay keçirilən "Mövzulu ay" layihəsinin aktiv və müvəffəqiyyətli iştirakçılarından biriyəm.
  • 2015-ci ildə 100vikigün (video-slayd) layihəsini tamamlamışam.
  • 2015-ci ildə Vikipediya Asiya Ayı Səfiri fəxri adını almışam.
  • 31 avqust 2017-ci il tarixində Vikimedia layihələrində 300 mininci redaktəmi etmişəm. :)
  • 2017-ci ildə Vikipediya haqqında kitabım Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə nəşr olunub.

Təqdimatlarım[edit]

2013-cü ildə Sumqayıtda Vikipediya ilə bağlı təqdimatla çıxış etmişəm.

21-22 sentyabr 2013-cü il tarixlərində Novxanıda keçirilən "VikiHərəkat" layihəsində "Vikipediya: Biliklərimizi paylaşaq!" adlı təqdimatla çıxış etmişəm.

12 avqust 2017-ci il tarixində Qax rayonunun İlisu kəndindəki "Ulu" İstirahət Mərkəzində keçirilmiş Vikidüşərgə "Vikipediyaçının müsahibəsi" adlı təqdimatla çıxış etmişəm.

26 sentyabr 2017-ci il tarixində Bakıda AMEA-nın Coğrafiya İnstitutunda keçirilən tədbirdə "Vikipediyanın coğrafiyası" adlı təqdimatla çıxış etmişəm.

3 noyabr 2017-ci il tarixində Gəncədəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə "Bəşəri dəyər: Vikipediya" adlı təqdimatla çıxış etmişəm.

9 dekabr 2017-ci il tarixində Ağsudakı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində keçirilən tədbirdə "Bəşəri miras: Vikipediya" adlı təqdimatla çıxış etmişəm.

1 fevral 2018-ci il tarixində Bakıdakı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən beynəlxalq konfransda "Vikipediyada mədəni irs və turizm" adlı təqdimatla çıxış etmişəm.

10 mart 2018-ci il tarixində Bakıda "İRƏLİ" İctimai Birliyinin ofisində keçirilən layihədə "Vikipediyada Azərbaycan" adlı təqdimatla çıxış etmişəm.

1 iyun 2018-ci il tarixində Qubada keçirilən layihədə "Müasir dövrün “əkinçilər”i Vikipediyada" adlı təqdimatla çıxış etmişəm.

2 iyun 2018-ci il tarixində Qubada keçirilən layihədə "Azad xəbərin ünvanı Vikixəbər" adlı təqdimatla çıxış etmişəm.

13-14 oktyabr 2018-ci il tarixlərində İsmayıllıda keçirilən layihədə "Keçmiş və gələcəyin bugünkü məkanı: Vikipediya" adlı təqdimatla çıxış etmişəm.

Digər[edit]

Vandalizmlə qlobal mübarizədə zəngin təcrübəm var. İnkubatorda Azərbaycanca VikixəbərXınalıqca Vikipediya layihələrinin əsas təşəbbüsçüsü və iştirakçısıyam. Ən çox töhfə verdiyim layihələrdən biri də Vikixəzinədir (11.000+ fayl); həmçinin Vikidata.

Vikiçilik mənim həyat tərzimdir. Hər gün təxminən 1 saatdan 5 saata qədər və bəzən daha çox müddət ərzində Viki layihələrində oluram. Vikilayihələri ən böyük ortaq bəşəri dəyər hesab edirəm. Bu sahədə daha da faydalı olmaq istəyirəm. Ona görə də Vikicəmiyyətə stüard kimi xidmət göstərmək istərdim. Bu məqsədlə artıq 8-ci dəfədir ki, namizədliyimi irəli sürürəm. Namizəd olduğum əvvəlki 7 seçki mənim üçün çox böyük bir təcrübə olmuşdur. Belə ki, fəaliyyətimin daha da təkmilləşməsində, peşəkar bir vikiçi kimi formalaşmağımda seçkilərin mühüm rolu vardır...

Bəyəndiyiniz bütün namizədləri dəstəkləməyinizi xahiş edirəm. Hansı nəticə xeyirlidirsə, onun olmasını arzu edirəm. Təbii ki, vikicəmiyyət dəstək verərsə, məsuliyyəti boynuma götürməyə hazıram. Ümid edirəm ki, vikicəmiyyət lazım olan dəstəyi göstərər və bu səlahiyyəti mənə verər. Çünki dürüst və çalışqan istifadəçiyəm. Mənə güvənə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm!

Əlavə istifadəçi səhifələri: Azərbaycanca VikipediyaTürkcə VikipediyaVikixəzinə
Layihədən kənarda: Facebook (profil)Facebook (səhifə)YouTube (kanal)