Jump to content

Vikimedia Fondu seçkiləri/2022/Elan/Qəyyumlar Şurası 2022-ci il seçkiləri üçün altı namizədin elan edilməsi

From Meta, a Wikimedia project coordination wiki
Outdated translations are marked like this.

Qəyyumlar Şurasının 2022-ci il seçkiləri üçün altı namizədin elan edilməsi

Bu mesajı əlavə dillərə tərcümə edilmiş şəkildə Meta-vikidə tapa bilərsiniz.

Hər kəsə salam,

Tərəfdaş səsvermə prosesi başa çatıb. Hər bir Tərəfdaş təşkilatın nümayəndələri namizədlərin bəyanatlarını oxumaqla, namizədlərin suallarına cavablarını nəzərdən keçirməklə və Təhlil Komitəsi tərəfindən təqdim olunan namizədlərin reytinqlərini nəzərə alaraq namizədlər haqqında məlumat əldə ediblər. Seçilmiş Qəyyumlar Şurası 2022-ci il namizədləri bunlardır:

Siz Şura seçkisinin NəticələriStatistikaları haqqında daha çox məlumat əldə edə bilərsiniz.

Lütfən, bu prosesdə iştirak etdiklərinə və Qəyyumlar Şurasının imkan və müxtəliflik baxımından böyüməsinə kömək etdiklərinə görə Tərəfdaş Nümayəndələri və Təhlil Komitəsinin üzvlərini təqdir etmək üçün bir dəqiqənizi ayırın. Saatlarla davam edən könüllü işi bizi anlayış və perspektivlər arasında birləşdirir. İştirakınız üçün təşəkkür edirik.

Qəyyumlar Şurasına namizəd kimi irəli sürən icma üzvlərinə təşəkkür edirik. Qəyyumlar Şurasına daxil olmağı düşünmək kiçik bir qərar deyil. Namizədlərin bu nöqtəyə qədər sərf etdikləri vaxt və fədakarlıq onların bu hərəkata sadiqliyindən xəbər verir. Seçilmiş namizədləri təbrik edirik. Seçilməyən namizədləri təqdir edir və xüsusi təşəkkürlərimizi bildiririk. Lütfən, liderliyinizi Vikimedia ilə bölüşməyə davam edin.

Şura seçkisi üçün Tərəfdaş prosesini izləyənlərə təşəkkür edirik. Siz Tərəfdaş seçimi prosesinin nəticələrini nəzərdən keçirə bilərsiniz.

Şura seçim prosesinin növbəti hissəsi icma səsverməsi dövrüdür. Siz Şuranın seçki qrafikinə buradan baxa bilərsiniz. İcma səsvermə dövrünə hazırlaşmaq üçün icma üzvlərinin aşağıdakı yollarla məşğul ola biləcəyi bir neçə şey var:

Hörmətlə,

Hərəkat Strategiyası və İdarə heyəti

Bu mesaj İdarə Heyətinin Seçki İşçi Qrupu və Seçki Komissiyası adından göndərilib