Texniki/Səfirlər
Texniki səfirlər texniki məsələlərdə digər vikimediaçılara kömək edən və tərtibatçılarla yerli Vikimedia vikiləri arasında əlaqələndirici rolunu oynayan texniki yönümlü könüllülərdir.
Səfirlər şəbəkəsinin məqsədlərindən biri istifadəçilərin onlara təsir edə biləcək texniki müzakirələr və mümkün dəyişikliklər barədə məlumatlandırılmasını təmin etməkdir. Digər məqsəd isə istifadəçilərin həmkarlar kimi tərtibat prosesinə cəlb olunmasıdır ki, onlar proqram təminatının hazırlanmasına sadəcə hazır olduqdan sonra rəy bildirməsin, həm də onun inkişafına istiqamət verə və töhfə verə bilsinlər.
Texniki səfirlər nə edirlər?
| Digər istifadəçilərə kömək | Əsas vikidə texniki müzakirələri izləyir və proqram təminatı, şablonlar və s. barədə suallarını cavablandıraraq digər vikimediaçılara kömək edirlər.
İmkanınız varsa, onlara qarşılaşdıqları problemlərin səbəbini müəyyənləşdirməkdə və texniki çətinlikləri həll etməkdə kömək edin. Bu rol haqqında bütün məlumatları indi öyrənin. | |||
| Texniki xəbərləri çatdırmaq | Hər həftə Texniki yeniliklərin xülasəsini müzakirə səhifənizdə (və ya icma müzakirə səhifəsində) əldə edin və icmanızın digər üzvlərini onlara təsir edəcək dəyişikliklər barədə məlumatlandırın.
Digər istifadəçiləri abunə olmağa dəvət edin və imkanınız varsa, bülletenin hazırlanmasına kömək edin. | |||
| Xətaları bildirmək | Problemi öz vikinizdə həll etmək çox çətindirsə və ya mümkün deyilsə, problemlər və yeni funksiya ilə bağlı sorğuları xəta izləmə sistemimizdə ("Phabricator") bildirin.
Phabricator-dakı müzakirəni izləyin və lazım gəldikdə tərtibatçılara kömək edin. Problem həll edildikdə, əsas vikinizdə digər vikimediaçıları məlumatlandırın. | |||
| Tərtibatçılarla əlaqədə olmaq | Phabricator-dan istifadə edə bilmirsinizsə, başqa vasitələr də var:
| |||
| Texniki səfirlər cəlb etmək | Texniki səfir olmaqda maraqlı ola biləcək istifadəçiləri tanıyırsınızsa, onları qoşulmağa dəvət edə bilərsiniz.
Bu istifadəçi qutusunu istifadəçi səhifənizə əlavə edə bilə və onu əsas vikinizə köçürə bilərsiniz:
| |||
| Daha fəal iştirak | Səfir fəaliyyətlərindən əlavə daha geniş şəkildə iştirak etmək istəyirsinizsə, kömək edə biləcəyiniz bir çox sahə var.
Tərtibatçılarımızın işinə istiqamət verməyə kömək edə və ya proqram təminatının hazırlanmasına, kodlaşdırılmasına, tərcüməsinə və sınaqdan keçirilməsinə özünüz başlaya bilərsiniz. | |||
Texniki səfirlər üçün resurslar
| Texniki xəbərlər | Texniki yeniliklər istifadəçilərə təsir edəcək texniki dəyişikliklərin xülasəsidir. Onları hər həftə müzakirə səhifənizdə (və ya icma müzakirə səhifəsində) əldə edə və icmanızın digər üzvlərini məlumatlandıra bilərsiniz. | |
| Lüğət | Bəzi texniki terminlər və ya layihələrlə tanış deyilsinizsə, Lüğət yaxşı başlanğıc nöqtəsidir. Burada bir çox texniki terminə yer verilib və onlar çox vaxt daha ətraflı məlumatlara keçidlər təqdim edir. | |
| MediaWiki sənədləşdirməsi | MediaViki və onun uzantıları haqqında sənədləşmə mediawiki.org saytında mövcuddur. | |
| Texniki bloqlar | Əsas dəyişikliklər və yeni funksiyalar Vikimedia Fondunun texnologiya bloqunda elan olunur. Axtarış qutusundan da istifadə edə bilərsiniz. Həmçinin Phabricator-dakı bloq yazılarına baxın. | |
| Texniki axtarış mühərriki | Google tərəfindən dəstəklənən bu alət eyni anda bu resursların bir çoxunda axtarış aparır. | |
| Axtardığınız məlumatı bu mənbələrdə tapa bilmirsinizsə, Texniki forumda mesaj yaza və ya səfirlər poçt siyahısına e-poçt göndərə bilərsiniz.
Axtardığınız məlumatı tapdıqdan sonra, digər vikimediaçılara kömək etmək üçün onu Terminlər lüğətinə əlavə etməyi (əgər orada artıq yoxdursa) unutmayın. |










