Vikimedia Fondu seçkiləri/2022/TSS
Bu səhifə, Qəyyumlar Şurası seçkiləri ilə bağlı ümumi sualları cavablandırmaq məqsədi daşıyır. Bölmələrdə Qəyyumlar Şurası və Qəyyumlar Şurası seçkiləri ilə bağlı ümumi suallar mövcuddur.
Bu səhifədə cavabını görmədiyiniz sualınız varsa, sualınızı müzakirə səhifəsində əlavə edin. Şuranın seçkilərini dəstəkləyən vasitəçilər qrupu müzakirə səhifəsini mütəmadi olaraq yoxlayacaq. Nəzərə alın ki, bəzi suallar cavab üçün Seçkilər Komitəsinə göndərilməli ola bilər. Vasitəçilər gözlənilən cavabları vaxtında bildirmək üçün əllərindən gələni edəcəklər.
Əgər bu sual təcilidirsə və ya məxfilik tələb edirsə, siz birbaşa vasitəçi ilə əlaqə saxlaya bilərsiniz.
Şura haqqında ümumi suallar
Qəyyumlar Şurası nədir?
Vikimedia Fondunun Qəyyumlar Şurası Wikimedia Fondunun fəaliyyətinə nəzarət edir. Qəyyumlar Şurası icma və əlaqəli qəyyumlardan və təyin edilmiş qəyyumlardan ibarətdir. Hər bir qəyyum üç il müddətinə xidmət edir. Vikimedia icması icma qəyyumlarının seçilməsində iştirak edə bilər.
Şuradakı qəyyumlar kimlərdir?
Qəyyumlar dünyanın hər yerindən geniş təcrübəyə malik insanlardır. hal-hazırda Wikimedia Fondunun Qəyyumlar Şurasında haqqında ətraflı məlumat əldə edin.
Bu seçkidə neçə Qəyyum təyin olunacaq?
Bu seçkidə iki qəyyum seçiləcək.
Qəyyum vəzifəsinə namizəd olmaq üçün hansı tələblər mövcuddur?
İngilis dili biliyindən başqa heç bir tələb yoxdur. Qəyyumlar Şurası hər seçki ilində arzu olunan bacarıq və meyarları dərc edir. Bunlar tələblər deyil, sadəcə olaraq cəmiyyətə qəyyumların daha yaxşı fəaliyyət göstərən Şura olması üçün nəyə ehtiyac olduğunu daha yaxşı başa düşməyə kömək edir. Şura, 2022-ci il namizədlərinin reallaşdırmaları üçün arzu olunan bacarıq və təcrübələri bölüşdü.
Seçkilərlə bağlı suallar
Səs vermək hüququna malik olmaq üçün tələblər varmı?
Bəli, var. Seçki Komissiyası səsvermə hüququna qərar verir. Uyğunluq qaydaları İcma Səsvermə səhifəsində verilmişdir.
Neçə dəfə səs verə bilərəm?
Qayda belədir: bir istifadəçi, bir səs. İstifadəçi, səsvermə tələblərinə cavab vermək üçün, bu sizin əsas vikiniz olub-olmamasından asılı olmayaraq, bütün vikilərdəki töhfələriniz nəzərə alınacaq.
Əgər siz səsinizi dəyişdirmək qərarına gəlsəniz, bunu edə bilərsiniz. Bu, fikrinizi dəyişdiyiniz və ya səhv etdiyiniz üçün ola bilər. Sadəcə olaraq yenidən səs verin və əvvəlki səsiniz sayılmayacaqdır.
Seçilmiş qəyyumlar nə vaxt təyin olunacaqlar?
Son təyinatın Qəyyumlar Şurasının oktyabrda keçiriləcək iclasında baş tutacağı gözlənilir.
Seçki Komissiyası nədir və nə üçün səsvermə üsulu ilə bağlı qərar verirlər?
Seçki Komitəsi, Vikimedia Fondunun Qəyyumlar Şurası üçün baş tutacaq icma seçkilərinə nəzarət edir. Seçki Komitəsi və onun sələfləri 2004-cü ildən fəaliyyət göstərirlər. Seçki Komitəsi icmadan olan könüllülərdən ibarətdir.
Seçki Komissiyası hansı səsvermə sistemi ilə bağlı qərar qəbul edib?
Seçki Komissiyası Vahid Köçürüləbilən Səsvermə üsulunu seçdi. Bu səsvermə sistemi seçicilərə sadəcə bir namizədə səs vermək əvəzinə namizədləri sıralamağa imkan verir. Bu ləzzətli nümunəni desertlərlə sınayın. Sevimli desertlərinizi necə sıralayırsınız? Bəlkə belə:
- Şokolad
- Peçenye
- Keks
Yalnız şokolad üçün səs vermək əvəzinə, desertlərinizi üstünlük sırasına görə sıralaya bilərsiniz. Əgər daha çox insan başqa desertə səs verirsə, səsiniz başqa desertə keçə bilər. Vahid Köçürüləbilən Səs ilə, ən yaxşı seçdiyiniz namizədlər seçilməsə belə, üstünlükləriniz nəzərə alınacaq.
Mən idarəçiliyi sevirəm! İdarə Heyəti seçkilərində daha çox necə iştirak edə bilərəm?
Bu əladır! Seçkidə nə qədər çox icma üzvü iştirak etsə, proses bir o qədər yaxşı olar. İcma üzvləri namizəd ola və ya Seçki Komissiyasına üzv ola bilərlər. Əgər bu sizin üçün deyilsə, iştirak etməyin başqa bir əla yolu Seçki Könüllüsü kimi iştirak etməkdir.
Seçki Könüllüləri; Seçkilər Komitəsi, İdarə Heyətinin seçkilərini dəstəkləyən yardım qrupu və daha geniş ictimaiyyət arasında əlaqə yaradır. Onlar icma üzvlərinə seçkilərdə iştirak etmək və hərəkatın formalaşmasına töhfə vermək imkanı verir.