Jump to content

Stewards/elections 2011/Guidelines/az

From Meta, a Wikimedia project coordination wiki

Seçicilər

[edit]

Seçicilər qarşısında qoyulan tələblər:

  • Metada (bu vikidə) istifadəçi hesabı mövcud olmalıdır;
  • Qlobal istifadəçi hesabı (və ya Metada və "doğma viki"də bir-birinə çarpaz keçidləri olan istifadəçi hesabı) mövcud olmalıdır;
  • əsas istifadəçi hesabı əsasən bot fəaliyyəti üçün istifadə edilməməlidir;
  • 2010-cu il noyabrın 1-nə qədər bir vikidə (bir neçə vikidəki redaktə statistikası ümumiləşdirilə də bilər) ən azı 600 redaktə etməlidir;
  • 2010-cu il avqustun 1-dən 2011-ci il yanvarın 31-nə qədər həmin vikidə (bir neçə vikidəki redaktə statistikası ümumiləşdirilə də bilər) ən azı 50 redaktə etməlidir.

Siz istifadəçi hesabınızın bu tələblərə cavab verib-vermədiyini avtomatik yoxlaya bilərsiniz.

Tərcüməçilər

[edit]

Lütfən, aşağıdakı səhifələri öz ana dilinizə çevirməyə kömək edin:

İştirakçılara təkliflər

[edit]
  • Siz namizədlərə suallarınızı Stewards/elections 2011/Questions səhifəsində ünvanlaya bilərsiniz.
  • Siz verdiyiniz səsə qısa (bir-iki cümlədən çox olmamaq şərtilə) izah da əlavə edə bilərsiniz. Uzun-uzadı izah və şərhlər (digər istifadəçilərin verdiyi səslərə reaksiyalar) müzakirə səhifəsinə yerləşdirilə bilər. Bu vaxt digər istifadəçilərin onu tapa bilməsi üçün sizin izah və şərhinizə qeyd əlavə olunacaq.
  • Bəzi istifadəçilərin mərkəzi bildiriş sistemi bağlı olduğuna görə, siz səsvermədə maraqlı ola biləcək digər istifadəçiləri səsvermə haqqında məlumatlandıra bilərsiniz.

Namizədlər

[edit]

İlkin şərtlər

[edit]

Stüardlığa namizədliyinizi irəli sürməmişdən əvvəl siz:

  • stüard, təftişçimüfəttiş səlahiyyətlərini, eləcə də Gizlilik prinsipini nizamlayan qaydalara əməl edəcəyinizlə razılaşmalısınız;
  • qlobal (SUL) istifadəçi hesabına malik olmalısınız;
  • Metada sizin qlobal istifadəçi hesabınızla birləşdirilən istifadəçi hesabına malik olmalısınız;
  • Vikimedia Fondunun ən azı altı ay ərzində aktiv fəaliyyət göstərdiyiniz heç olmasa bir layihəsində istifadəçi hesabına malik olmalısınız;
  • Vikimedia Fondunun layihələrindən birində indi və ya keçmişdə ən azı üç ay idarəçi səlahiyyətləri daşımış olmalısınız.

Siz istifadəçi hesabınızın bu tələblərə cavab verib-vermədiyini avtomatik yoxlaya bilərsiniz.

Bundan əlavə stüardın fəaliyyəti hüquqi nəticələrə və hüquqi prosedurlara cəlb olunmağa gətirib çıxara biləcəyinə görə (bax: təftişçilərmüfəttişlərlə bağlı qaydalar), siz:

  • 18 yaşında olmalı, eləcə də ən azı səsvermənin sonuna 1 gün qalmış öz ölkənizin qanunlarına uyğun olaraq yetkinlik yaşına çatmalısınız;
  • tam adınızı və tələb olunan digər şəxsi məlumatları Vikimedia Fonduna bildirməlisiniz.

Fəaliyyətləri çox vaxt digər dillərdəki layihələrlə əlaqədar olduğuna görə stüardlar bir qayda olaraq bir neçə dil bilirlər. Amma bu şərt deyil. Stüardlar həm də onlarla əlaqə yaradılması üçün daim (nə qədər mümkündürsə) əhatə dairəsində olmalıdırlar. Stüardlara dair siyasət məhdudiyyətlərə malikdir; məsələn, stüardlar aktiv olduqları layihələrdə maraqların toqquşmasından yaxa qurtarmaq üçün öz səlahiyyətlərindən istifadə edə bilməzlər; onların stüardlara müraciətlər səhifəsində fəaliyyəti və köməkləri alqışlanır. Stüardlar eləcə də müraciətlərə cavab vermək üçün freenode-dakı IRC #wikimedia-stewards kanalına qoşula bilərlər.

Fəaliyyətsiz stüardlar səlahiyyətlərindən məhrum edilir.

Ərizə

[edit]

Əgər siz öz namizədliyinizi irəli sürmək qərarına gəlmisinizsə, lütfən, aşağıdakı təlimatlara uyğun addımlar atın.

Ərizənin və səsvermə səhifəsinin yaradılması

[edit]
  • Alt səhifə yaradın (sadəcə açın və səhifəni yaradın)

  • Aşağıdakı məlumatlardan istifadə edib səhifəni redaktə edin:
    • Əsl adınız (könüllü);
    • Metadakı istifadəçi səhifəsinə və tələblərə cavab verən ikinci aktiv istifadəçi hesabına keçidlər.
    • Vikimediada qəbul olunmuş formatdan (məsələn "fr-3"; bax: {{user language}}) istifadə etməklə oxuya və yaza bildiyiniz dillərin siyahısı.
    • Vikimedia Fondunun layihələrində iştirakınızın qısa xülasəsi. Xüsusilə, idarəçi və ya bürokrat kimi töhfələriniz, OTRS-komandanın, Arbitraj Komitəsinin üzvü kimi fəaliyyətiniz və ya sizin vacib bildiyiniz istənilən digər məlumat maraqlıdır. Yeni ideyalar üçün digər iştirakçıların ərizələrinə nəzər sala bilərsiniz.
  • İndi səsvermə səhifəsi yaradın (heç bir dəyişiklik etməyə ehtiyac yoxdur; sadəcə səhifəni yaradın):

Şəxsiyyətin təsdiqi ilə bağlı məlumatların təqdim olunması

[edit]