Jump to content

Universal Code of Conduct/Revised enforcement guidelines/Announcement/Voting/Email/az

From Meta, a Wikimedia project coordination wiki

Universal Davranış Kodeksi üçün yenidən işlənmiş İcra Təlimatları üzrə səsvermə artıq açıqdır

Dəyərli $USERNAME,

Yenidən işlənmiş Universal Davranış Kodeksinin İcra Təlimatları üçün səsvermə müddəti artıq açıqdır! Səsvermə iki həftə ərzində açıq olacaq və 31 yanvar 2023-cü il 23:59 UTC tarixində bağlanacaq. Lütfən, Meta-vikidə seçici məlumatı səhifəsinə daxil olaraq, seçicilərin uyğunluğu haqqında və səsvermə haqqında ətraflı məlumat əldə edin.

Yanvarın ortalarında Universal Davranış Kodeksinin İcra Təlimatlarının icma tərəfindən ikinci ratifikasiya səsverməsi keçiriləcək. Bu, seçicilərin əksəriyyətinin İcra Təlimatlarını dəstəkləməsi ilə nəticələnən 2022-ci ilin martında keçirilən səsvermədən sonra baş verir. Səsvermə zamanı iştirakçılar icmanın mühüm problemlərini vurğulamağa kömək etdilər. Şuranın İcma Məsələləri Komitəsi bu narahatlıq doğuran sahələrin nəzərdən keçirilməsini tələb edib.

Könüllülərin rəhbərlik etdiyi Təftiş Komitəsi icma rəylərini nəzərdən keçirmək və dəyişikliklər etmək üçün gərgin şəkildə çalışdılar. Onlar təlim və təsdiq tələbləri, prosesdə məxfilik və şəffaflıq, sənədin özünün oxunaqlılığı və tərcümə oluna bilməsi kimi narahatlıq doğuran sahələri yenilədilər.

Yenidən işlənmiş İcra Təlimatlarına burada baxa bilərsiniz, dəyişikliklərin müqayisəsi isə burada mövcuddur.

Səslər müstəqil könüllülər qrupu tərəfindən yoxlanılacaq və nəticələr Vikimedia-l, Hərəkat üzrə Strategiya Forumu, Diff və Meta-viki-də dərc olunacaq. Seçicilər yenidən səs verə və qaydalarla bağlı narahatlıqlarını paylaşa biləcəklər. Qəyyumlar Şurası İcra Təlimatlarının necə ratifikasiya edilməli və ya hazırlanmalı olduğunu nəzərdən keçirərkən dəstək səviyyələrini və qaldırılan narahatlıqları nəzərdən keçirəcək.

UCoC Layihə Komandası adından,

Bu e-poçt Vikimedia fonduna e-poçt adresinizlə qeydiyyatdan keçmiş olduğunuz üçün göndərildi. Gələcək seçim bildirimlərini almamaq üçün zəhmət olmasa istifadəçi adınızı Vikimedia Poçt Göndərilməyəcəklər siyahısına əlavə edin.

Plain text version

Dəyərli $USERNAME,

Yenidən işlənmiş Universal Davranış Kodeksinin İcra Təlimatları üçün səsvermə müddəti <https://meta.wikimedia.org/wiki/Special:MyLanguage/Universal_Code_of_Conduct/Revised_enforcement_guidelines> artıq açıqdır! Səsvermə iki həftə ərzində açıq olacaq və 31 yanvar 2023-cü il 23:59 UTC tarixində bağlanacaq. Lütfən, Meta-vikidə seçici məlumatı səhifəsinə <https://meta.wikimedia.org/wiki/Special:MyLanguage/Universal_Code_of_Conduct/Revised_enforcement_guidelines/Voter_information> daxil olaraq, seçicilərin uyğunluğu haqqında və səsvermə haqqında ətraflı məlumat əldə edin.

Yanvarın ortalarında Universal Davranış Kodeksinin İcra Təlimatlarının <https://meta.wikimedia.org/wiki/Special:MyLanguage/Universal_Code_of_Conduct> icma tərəfindən ikinci ratifikasiya səsverməsi keçiriləcək. Bu, seçicilərin əksəriyyətinin İcra Təlimatlarını dəstəkləməsi ilə nəticələnən 2022-ci <https://meta.wikimedia.org/wiki/Special:MyLanguage/Universal_Code_of_Conduct/Enforcement_guidelines/Voting/Results> ilin martında keçirilən səsvermədən sonra baş verir. Səsvermə zamanı iştirakçılar icmanın mühüm problemlərini vurğulamağa kömək etdilər. Şuranın İcma Məsələləri Komitəsi bu narahatlıq doğuran sahələrin nəzərdən keçirilməsini tələb edib.

Könüllülərin rəhbərlik etdiyi Təftiş Komitəsi icma rəylərini nəzərdən keçirmək və dəyişikliklər etmək üçün gərgin şəkildə çalışdılar. Onlar təlim və təsdiq tələbləri, prosesdə məxfilik və şəffaflıq, sənədin özünün oxunaqlılığı və tərcümə oluna bilməsi kimi narahatlıq doğuran sahələri yenilədilər.

Yenidən işlənmiş İcra Təlimatlarına burada baxa bilərsiniz, <https://meta.wikimedia.org/wiki/Special:MyLanguage/Universal_Code_of_Conduct/Revised_enforcement_guidelines> dəyişikliklərin müqayisəsi isə burada mövcuddur. <https://meta.wikimedia.org/wiki/Special:MyLanguage/Universal_Code_of_Conduct/Revised_enforcement_guidelines/Comparison>

Səslər müstəqil könüllülər qrupu tərəfindən yoxlanılacaq və nəticələr Vikimedia-l, Hərəkat üzrə Strategiya Forumu, Diff və Meta-viki-də dərc olunacaq. Seçicilər yenidən səs verə və qaydalarla bağlı narahatlıqlarını paylaşa biləcəklər. Qəyyumlar Şurası İcra Təlimatlarının necə ratifikasiya edilməli və ya hazırlanmalı olduğunu nəzərdən keçirərkən dəstək səviyyələrini və qaldırılan narahatlıqları nəzərdən keçirəcək.

UCoC Layihə Komandası adından,

Bu e-poçt Vikimedia fonduna e-poçt adresinizlə qeydiyyatdan keçmiş olduğunuz üçün göndərildi. Gələcək seçim bildirimlərini almamaq üçün zəhmət olmasa istifadəçi adınızı Vikimedia Poçt Göndərilməyəcəklər siyahısına əlavə edin
<https://meta.wikimedia.org/wiki/Wikimedia_nomail_list>.