İanələr 2012/Tərcümə/Təşəkkür məktubu

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Fundraising 2012/Translation/Thank you letter and the translation is 96% complete.

Hörmətli [given name],

Vikimedia Fonduna göstərdiyiniz yardım üçün təşəkkürlər. Bu gözəl bir işdir!

Bizim vəsait toplanması barədə bannerlərimizə əhəmiyyət verməmək çox sadə idi və mən çox şadam ki, siz bunu etmədiniz. Məhz bu yolla Vikipediya öz xərclərini ödəyir — sizin kimi insanlar bizə pul verirlər ki, biz bu saytı dünyadakı hər kəs üçün azad formada saxlaya bilək.

İnsanlar mənə deyirlər ki, onlar Vikipediya üçün ianəni bu layihəni faydalı hesab etdikləri üçün verirlər, ona etibar edirlər, baxmayaraq ki, o mükəmməl deyil. Həm də ona görə ki, Vikipediyanın onlar üçün yazıldığını bilirlər. Vikipediya kiminsə məşhurluğunu artırmaq, hansısa xüsusi ideologiyanı yaymaq və ya sizi əslində həqiqətə uyğun olmayan nəyəsə inandırmaq üçün nəzərdə tutulmayıb. Bizim məqsədimiz həqiqəti deməkdir və biz bunu sizin sayənizdə edə bilərik. Bu saytın maddi müstəqilliyinin sizlərin dəstəyindən asılı olması bizə imkan verir ki, sizə lazım olan və sizin Vikipediyadan gözlədiyiniz məlumatları sizə çatdıra bilək. Bu, elə belə də olmalıdır.

Bilin ki, sizin ianəniz təkcə sizin şəxi ehtiyaclarınızın təmin edilməsi xərclərini ödəmir. Orta ianəçi təkcə özünün Vikipediyadan istifadə xərclərini yox, həm də yüzlərlə digər istifadəçinin xərclərini ödəyir. Sizin ianəniz proqramlaşdırmanı sərbəst şəkildə öyrənən və öz məqsədinə can atan Banqalorlu qızcığaza, yenicə Parkinson xəstəliyi diaqnozu qoyulmuş ortayaşlı vyanalı inşaatçıya, 1850-ci illərin Britaniyasını tədqiq edən yazıçıya, Karl Saqanı özü üçün yenicə kəşf etmiş San-Salvadorlu 10 yaşlı yeniyetməyə Vikipediyanı əlçatan edir.

Bütün bu insanların və Vikipediyanın digər qohum saytlarının və layihələrinin yarım milyard digər oxucusunun adından, bəşəriyyət tərəfindən toplanmış bilikləri hər kəs üçün əlçatan etmək yolundakı səylərimizdə bizə qoşulduğunuz üçün sizə təşəkkür edirəm.

İnsanların əksəriyyəti bilmirlər ki, Vikipediya qeyri-kommersiya layihəsidir. Zəhmət olmasa, dostlarınızı ianə bağışlamağa həvəsləndirmək üçün bu elektron məktubu onlarla paylaşmaq barədə düşünün. Əgər marağınız varsa, siz də Vikipediyaya yeni məlumatlar əlavə edə bilərsiniz. Əgər səhifələrdə səhv görürsünüzsə, lütfən onu düzəldin, əgər nəsə bir əskiklik görsəniz, lütfən əlavə edin.Səhv buraxmaqdan qorxmayın. Bu, yeni redaktə etməyə başlayanlar üçün normaldır. Əgər səhv etsəniz, digər Vikipediya istifadəçiləri sizə səhvlərinizi düzəltməkdə yardım etməyə şad olarlar.

Mən sizin bizə olan etibarınızı qiymətləndirirəm və söz verirəm ki, biz sizin pulunuzu düzgün istifadə edəcəyik.

Təşəkkürlər,
Syu

Syu Qardner
İcraçı direktor,
Vikimedia Fondu [1]

Siz bizi [#twitter Tvitterdə], [#identica identi.ca] və ya [#google "Google+"da] izləyə bilərsiniz, [#facebook "Facebook"da] bizi bəyənin və [#blog bloqumuzu oxuyun]. [#annual 2010-11-ci illər üçün Vikimedia Fondunun illik hesabatı], [#plan 2012-13-cü illər üçün Vikimedia Fondunun illik planı] və [#strategic Vikimedia Fondunun beşillik strateji planı] ilə tanış ola bilərsiniz. İndi siz həm də bizim [#shop shop.wikimedia.org] mağazamızdan Vikipediya ilə bağlı malları satın ala bilərsiniz.

Məlumat üçün: Sizin [contributionId] nömrəli, [date] tarixli ianənizin məbləği [amount] təşkil etmişdir.

[ifRecurring]

This donation is part of a recurring subscription. Monthly payments will be debited by the Wikimedia Foundation until you notify us to stop. If you’d like to cancel the payments please see our [#recurringCancel easy cancellation instructions].

[endifRecurring]

Xəbərdarlıqların alınmasından imtina etmək: Biz sizi bir xeyriyyəçi kimi, bizim ictimai fəaliyyətlərimiz və xeyriyyə aksiyalarımız barədə xəbərdar etmək istəyərdik. Əgər siz bizdən belə xəbərləri almamağa üstünlük verirsinizsə, onda aşağıdakı keçidi seçin və biz sizin ünvanınızı siyahıdan çıxaracağıq.:

[#unsubscribe Abunəni ləğv et]

Bu məktub sizin ianənizin təsdiqi kimi çıxış edə bilər. Bu ianə müqabilində tam və ya qismən heç bir mal və ya xidmət təqdim edilməmişdir. Vikimedia Fondu (The Wikimedia Foundation, Inc.) — ABŞ-da 501(c)(3) statuslu vergilərdən azad olunmuş qeyri-kommersiya xeyriyyə korporasiyasıdır. Bizim ünvanımız: Nyu-Monqomeri-strit, 149, 3-cü mərtəbə, San-Fransisko, Kaliforniya, 94105 (149 New Montgomery, 3rd Floor, San Francisco, CA, 94105). ABŞ-da vergilərdən azad edilmə nömrəsi: 20-0049703.


Lütfən, bu e-məktubu [#translate tərcümə] etməkdə bizə yardım edin.