Template:Usurpation requested/az

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Template:Usurpation requested and the translation is 100% complete.

You can use this template to notify users about usurpation requests.
Please select a language and use the text without <translate> tags by using the button "View raw source":

Özününküləşdirmə tələbi

Salam, Usurpation requested. Meta-vikidəki Stüardlara müraciət/İstifadəçi adının dəyişdirilməsi səhifəsində sizin istifadəçi adınızı özününküləşdirmək, "ələ keçirmək" barədə tələb daxil olmuşdur. Belə ki, başqa bir istifadəçi sizin istifadəçi adınızı istifadə etmək istəyir.

Əgər sizin addəyişməyə etirazınız yoxdursa, o halda öz istifadəçi hesabınızdan daxil olub burada bunu bildirə bilər (siz həmçinin istədiyiniz yeni istifadəçi adını da qeyd edə və ya bizim avtomatik yaradacağımız adı qəbul edə bilərsiniz), yaxud da Special:GlobalRenameRequest səhifəsinə daxil olaraq öz istifadəçi adınızın dəyişdirilməsi üçün müraciət edə bilərsiniz.

Əgər bu bildirişə münasibət bildirməsəniz: tələb yerinə yetiriləcək, sizin istifadəçi adınız isə avtomatik yaradılan adla əvəz olunacaq. Siz yeni istifadəçi adı üçün istənilən vaxt müraciət edə bilərsiniz.

Əgər siz addəyişmənin əleyhinəsinizsə: lütfən öz istifadəçi hesabınızdan daxil olaraq burada özgələşdirməyə qarşı olduğunuzu aydın şəkildə ifadə edin. Sizin bildirəcəyiniz hər hansı etiraz özgələşdirmənin qarşısını alacaqdır.

Lütfən nəzərə alın ki, sizin istifadəçi adınız özgələşdirildikdən sonra da siz layihələrimizdə redaktə edə bilərsiniz və sizin məlumatlar itməyəcək; sizin seçimləriniz, izləmə siyahınız və digər istifadəçi nizamlamalarınız yeni istifadəçi adınıza ötürüləcək.

Vaxt ayırdığınız üçün təşəkkürlər.